Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz. |
"Əqrəb" — Bakıda nəşr edilmiş satirik jurnal.
8 səhifədən ibarət olan "Əqrəb" jurnalının 1923-cü ildə 6, 1924-cü ildə 2 nömrəsi çap edilmişdir. Jurnalda nəzm və nəsrlə həm satirik, həm də yumoristik yazılar, karikaturalar verilirdi. "Əqrəb" jurnalının redaktoru Həsən Rəhmanov, rəssamı Əzim Əzimzadə idi. "Əqrəb" imzalı baş məqaləsindən jurnalın bəzi əsas vəzifələri, dil, üslub xüsusiyyətləri etibarilə "Molla Nəsrəddin"dən öyrənməyə çalışdığı görünürdü.