Yaşıl yarpaq (türk. یشیل یاپراق) — 1928-ci ildə Türkiyədə yaşayan azərbaycanlı mühacirlər tərəfindən nəşr olunan jurnal.[1]
Yaşıl yarpaq | |
---|---|
türk. یشیل یاپراق | |
Baş redaktor | |
Təsisçi | |
Təsis tarixi | 16 iyun 1928 |
Nəşrini dayandırıb | 1 sentyabr 1928 |
Ölkə | |
Qərargah | |
Dil | türk dili |
Səhifə | 8 |
16 iyun 1928-ci ildə nəşr edilən Yaşıl Yarpaq jurnalı azərbaycanlı mühacirlərin nəşr etdirdiyi 3-cü jurnal idi. O, "Yeni Qafqaziya", "Azəri Türk" jurnallarından həcminə və təsir dairəsinə görə daha zəif idi. "Orxaniyyə" mətbəəsində çıxan jurnalın adresi ünvanı bu şəkildə qeyd olunub: İstanbul, Aya Sofiya qarşısında Hilali-Əhmər caddəsi. Nömrə 6. Jurnaldakı ilk məqalə "On sənə arxamızda" adlanır. Jurnalın ikinci sayı 5 iyul 1928-də çıxıb.[2] Jurnal 8 səhifədən ibarət olub və son nömrəsini 1 sentyabr 1928-ci ildə nəşr edib. Jurnalın baş redaktoru Məmməd Sadıq Aran olub. Bundan başqa jurnalda Ərdoğan və Sisyanlı imzalarına da rast gəlinir.
Jurnalın başlıq bölməsində "əməlpərvər azərilərin qələmi ilə 15 gündə bir nəşr olunur, ictimai, siyasi, müstəqil millətpərvər məcmuadır" ifadələrinə yer verilmişdir.[3]
Yaşıl yarpaq jurnalının ilk nömrəsində yayımlanan "Yolumuz" adlı məqalədə jurnalın məqsədi aşağıdakı sözlərlə bildirilmişdir:[4]
Bu gün mətbuatın həyatına daha bir kiçik jurnal qarışır. Gənc azərbaycanlı yazarların köməkliyi ilə gündəmə gələn bu jurnalda nöqsanlara rast gəlmək mümkündür. Jurnalımız yol verdiyi nöqsanları hörmətli oxucularının xoş niyyəti və lütfü sayəsində aradan qaldırmağa çalışacaq. Yaşıl yarpaq əsarət zənciri altında yaşayan bədbəxt Azərbaycanda illərdən bəri alovlanan faciəyə izləyici qalan cahana, onun dərdlərini eşitdirmək üçün nəşr edilmişdir". |
Sovet rəhbərliyinin təzyiqləri ilə "Yeni Qafqaziya" və "Azəri Türk" jurnalları kimi “Yaşıl yarpaq” jurnalı da qısa müddəyli nəşr həyatından sonra qapadılmışdır.. Redaksiya heyətində dəyişikliklər olmadığı üçün jurnalın əsas mövzusu sovet rəhbərliyinin ruslardan başqa digər icmalara təzyiqləri olmuş və bu vəziyyət jurnal tərəfindən ciddi şəkildə tənqid olunmuşdur.[3]
Yenə birinci nömrədəki “Arxamızda on il” sərlövhəli məqalədə 1918-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra son on ildə nələrin dəyişdiyi açıqlanır:[3]
Yüz illik əsarət zəncirini qıraraq hürriyyət və istiqlal əldə etmiş Azərbaycan türklüyünün istiqlal elanının onuncu ildönümü ötən mayın 28-də müəyyənləşdi. Qan və oddan doğan bu istiqlalın çətin mərhələlərdən keçdikdən sonra çətin bir dövrdə necə elan edildiyini ancaq hadisənin şahidi olanlar təqdir edə bilər. Dörd milyonluq Türk Azərbaycanı bütün məhrumiyyətlərinə baxmayaraq, yüz milyonluq rus kütləsinə qarşı qəsb olunmuş haqqını bərpa edə bildi və əsrin bütün şəraiti və yenilikləri ilə ilk milli və sivil Türk cümhuriyyətini qurmaq şərəfini qazandı. |