Çapar — 2018-ci ildə təsis edilmiş və Azərbaycanda çap olunan tarix jurnalıdır. Aylıq jurnal kimi nəzərdə tutulan "Çapar"ın məqsədi Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı oxuculara bilgi verməkdir. [1][2]
Çapar | |
---|---|
| |
Baş redaktor | Dilqəm Əhməd |
Növ | tarixi jurnal |
Təsisçi | Yusif İlhamoğlu |
Təsis tarixi | 2018 |
Ölkə | |
Qərargah | Azərbaycan |
Dil | Azərbaycan dili |
Çapar jurnalı 2018-ci ildə Bakıda təsis olunub. Jurnalın təsisçisi Yusif İlhamoğlu, baş redaktoru isə Dilqəm Əhməddir. Məqsədləri Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı oxuculara bilgi verməkdir. Jurnalın ilk sayı 2018-ci ilin dekabr ayının 8-də işıq üzü görüb və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Jurnalın ilk sayında baş yazı "Azərbaycan Parlamenti 100 yaşında" adlanır. Bundan başqa Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, publisisti Mirzəbala Məmmədzadənin 14 yaşında ikən Bakıda nəşr etdiyi "Nəf-i elm, yaxud elmin sonu" adlı kitabçası ilk dəfə İlahə Xantəmirovanın təqdimatında latın qrafikasında verilib. Jurnalın ilk müsahibi Azərbaycan Cümhuriyyəti Parlamenti, 1937-ci il repressiyası ilə bağlı suallara geniş cavab verən professor Ədalət Tahirzadə olub. Daha sonra jurnalda Yusif İlhamoğlunun "99 illik universitet necə quruldu?", Ceyhun Nəbinin "Əhməd bəy Ağaoğlunun Xalidə Ədib Adıvara cavabı", Orxan Cəbrayılın "Mühacir hərbçi Firudin bəy Daryal" yazıları, eləcə də polkovnik Vəli bəy Yadigarın xatirələri, İrəvanın Göy məscidinin 100 illik fotoşəkilləri, Şuşa şəhərinin Çar dönəminə aid təsvirləri verilib, Əmin Abid, Ömər Faiq, Üzeyir bəy Hacıbəyli kimi klassiklərin məqalələri dərc edilib.[1][2]