İnformasiya Cəmiyyəti Problemləri (jurnal)

İnformasiya Cəmiyyəti Problemləri — elmi-praktiki jurnal. AMEA İnformasiya Texnologiyaları İnstitutunun jurnalı. Azərbaycandan ilk dəfə olaraq "İnformasiya Cəmiyyəti Problemləri" və “İnformasiya Texnologiyaları Problemləri” jurnalları "The İnstitution of Engineering and Tecnology" təşkilatının Ekspert Şurasından keçərək İNSPEC indeksləşmə bazasına daxil olmuşdur.

İnformasiya Cəmiyyəti Problemləri
Baş redaktor Rasim Əliquliyev
Növ Elmi-praktiki
Format A4
Tiraj 500
Təsisçi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu
Təsis tarixi 11.02.2010
Şirkət AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu
Qərargah Bakı şəh., B. Vahabzadə küç., 9
Dil Azərbaycan, rus, ingilis
Qiymət pulsuz

Jurnal 11 fevral 2010-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

Jurnaldakı məqalələrinin elmi istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Jurnalda aşağıdakı elmi istiqamətlər üzrə məqalələr dərc olunur:

  • İnformasiya cəmiyyətinin elmi-nəzəri əsasları
  • İnformasiya texnologiyalarının inkişaf tarixi
  • İnformasiya cəmiyyətinin inkişaf tarixi
  • İnformasiya inqilabları
  • İnformasiya cəmiyyətinin monitorinqi və qiymətləndirilməsi problemləri
  • İnformasiya təhlükəsizliyi
  • İnformasiya cəmiyyətində elm və təhsil problemləri
  • İnformasiya hüququ
  • İnformasiya cəmiyyətində insan hüquqları
  • İnformasiya cəmiyyətində gender və uşaq problemləri
  • İnformasiya iqtisadiyyatı
  • İnternetin sosial-psixoloji və mədəni aspektləri
  • İnternetin tənzimlənməsi problemləri
  • İnformasiya fəzasının formalaşması problemləri
  • İnformasiya müharibəsi
  • Elektron demokratik təsisatların formalaşması problemləri
  • İnformasiya mədəniyyəti
  • Elektron dövlət quruculuğu problemləri
  • Elektron vətəndaş problemləri
  • İnternetşünaslıq
  • İnternet-jurnalistika problemləri
  • İnformasiya ekologiyası
  • İnformasiya cəmiyyətində innovasiya fəaliyyəti
  • İnformasiya etikası
  • Elektron kommersiya
  • İnformasiya asılılığı problemləri
  • Sosial şəbəkələr
  • İnformasiya texnologiyaları üzrə kadr hazırlığı problemləri

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]