Şuşa (qəzet)

ŞuşaAzərbaycanın Şuşa Rayon İcra Hakimiyyətinin rəsmi orqanı olan həftəaşırı qəzet.[2]

Şuşa
Redaktor Vasif Quliyev [1]
Yaranma tarixi 1932
Siyasi mənsubiyyət Hakimiyyətyönümlü
Dil Azərbaycan
Səhifə 12
Ünvan Şuşa

1911-1914-cü illərdə Şuşada “Şuşinski listok”, 1913-cü ildə “Şuşinskaya jizn”, 1919-cu ildə “Qarabağ” qəzetləri nəşr edilmişdir.[3]

Qəzet 1932-ci ildən "Sosializm maldarçılığı" adı ilə nəşr olunmağa başlamış, rayon partiya komitəsi tərəfindən təsis edilmişdir.1930-cu illərində qəzetin səhifələrində bir sıra rubrikalar ("Müxbirlərin səsi", "Müxbirlərimiz yazırlar", "Müxbir siqnalları", "Xarici ölkələrdə", "Cəbhədə xəbərlər" və s.) yer almışdır.[4]

1969-cu ildən “Şuşa” adı ilə dərc olunan qəzet 1932-1938-ci illərdə “Sosializm maldarlığı”, 1938-1963-cü illərdə “Kolxoz bayrağı”, 1963-1965-ci illərdə “Şuşa kurortu” adı ilə çıxmışdır. 1965-ci ildən başlayaraq qəzet "Şuşa" adı ilə nəşr edilmişdir.[3] Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Şuşanın erməni işğalına məruz qalması "Şuşa" qəzetinin fəaliyyətinə təsir etmişdir. Bundan sonra qəzet 13 il fəaliyyətini dayandırmışdır. Yalnız 2005-ci ildən başlayaraq "Şuşa" qəzeti fəaliyyətini Bakıda davam etdirməyə başlamışdır.[4]

Qəzetə təxminən 20 nəfər redaktorluq etmişdir. Onlar Camal Ələsgərov, Həsənqulu Abbasov, İkinci Dünya müharibəsi dövründə Hüseyn Kərimov, daha sonra isə Səfər Quliyev, İdris Hacıyev, İdris Məhərrəmov, Əyyub Kazımov, Fərrux Tağıyev, İsrafil Əbilov, Rəfiqə Tağıyeva olmuşlar. 2005-ci ildən bu günədək isə qəzetin redaktoru Vasif Quliyevdir.[4]

Qəzetdə daha çox ədəbiyyatla, incəsənətlə bağlı yazıların dərc olunmasında özünü göstərmişdir. Qəzetdə mədəniyyətlə, ədəbiyyatla, musiqi ilə bağlı yazılara daha çox üstünlük verilmişdir.[4]

"Şuşa" qəzetində müxtəlif Azərbaycan şair və yazıçılarının, o cümlədən Səməd Vurğun, Məmməd Rahim, Cəfər Xəndan, Süleyman Rüstəm, Yusif Vəzir Çəmənzəminli kimi şəxslərin əsərləri vaxtaşırı çap olunmuşdur.[4]

  1. ""Şuşa" qəzeti – 90". Novator.az (az.). 2022-10-24. 2024-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-11.
  2. Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006
  3. 1 2 ""Şuşa" qəzeti - 90 il". shusha-ih.gov.az (az.). 2022-11-01. İstifadə tarixi: 2024-11-11.
  4. 1 2 3 4 5 "90 yaşlı "Şuşa" qəzeti". 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]