Azərbaycan ədəbiyyatşünaslığı— Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı.
Azərbaycan ədəbiyyatşünaslığı | |
---|---|
| |
Baş redaktor | akademik İsa Həbibbəyli |
Təsisçi | AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu |
Təsis tarixi | 1946 |
Ölkə | Azərbaycan |
ISSN | 2663-4406 (Print); ISSN 2709-2699 (Online) ISSN 2663-4406 (Print); ISSN 2709-2699 (Online) |
journal.literature.az |
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı 1946-cı ildən 2019-cu ilə qədər "Ədəbiyyat məcmuəsi" adı ilə nəşr olunub. Jurnal yeni ad ilə 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. "Azərbaycan ədəbiyyatşünaslığı" jurnalı ildə iki dəfə dərc olunur[1].
"Azərbaycan ədəbiyyatşünaslığı" Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri jurnaldır. Jurnalda məqalələr Azərbaycan, türk, ingilis və rus dillərində dərc edilir. Jurnalda konfrans və simpozium materialları da dərc edilir, həmçinin jurnalın Nizami Gəncəviyə, Xaqani Şirvaniyə və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarına həsr etmiş olduğu xüsusi buraxılışları çap olunmuşdur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.
"Azərbaycan ədəbiyyatşünaslığının"nın bölmələri, rubrikaları ədəbiyyatşünaslıq elminin təsnifatı haqqında elmi təsəvvürlərin formalaşdırılmasında mühüm rol oynayır [2]. Jurnal aşağıdakı rubrikalardan ibarətdir:
Jurnalın nəşr edilib oxucularına çatdırılmasında baş redaktorların xüsusi xidmətləri olmuşdur. Azərbaycan ədəbiyyatşünaslığı jurnalına müxtəlif illərdə aşağıdakı elm xadimləri redaktorluq etmişlər:
Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Fransa, Gürcüstan,Polşa, Hindistan və digər ölkələrin alimləri daxildir.