Məhsul — 1931-ci ildən bəri nəşr olunan qəzet.[1]
Məhsul | |
---|---|
Növ | Biləsuvar rayon İcra Hakimiyyətinin orqanı |
Təsisçi | Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Aparatı və redaksiyanın jurnalist kollektivi |
Baş redaktor | Qənbərəli Bağırov |
Yaranma tarixi | 1931 |
Dil | Azərbaycan |
Qiymət | 40 qəpik |
Səhifə | 8 |
Ünvan | Biləsuvar rayonu |
Biləsuvar rayonu İcra Hakimiyyətinin orqanı olan "Məhsul" qəzeti 1931-ci ildə təsis edilmişdir.[2] Qəzet ilk dəfə " Qırmızl pambıqçı" adı ilə fəaliyyət göstərmişdir. Qəzetin ilk redaktoru Hüseyin Natiq olmuşdur.
Qəzet keçən əsrin əllinci illərində "Yeni Muğan" adı ilə çap olunmuşdur. Qəzetin redaktoru 1955-1957-ci illərdə Əliyev Musaxan İsaxan oğlu idi. Qəzet 1957- ci ildən hal-hazıra kimi "Məhsul" adı nəşr olunur. 1957-2000-ci illərdə qəzetin baş redaktoru Əzizov Həmdulla Abdulla oğlu olmuşdur. 2000-2003-cü illərdə qəzetin redaktoru Quliyev Böyükbəy Həbib oğlu, 2003-2009-cu illərdə Şahbazov Surxay Qəhrəman oğlu və 2009-2016-cı illərdə Əhmədov Muxtar İsmayıl oğlu işləmişdir. 2017-ci ildən hal-hazıra kimi "Məhsul" qəzetinin baş redaktoru vəzifəsində Bağırov Qənbərəli Əliqulu oğlu fəaliyyətini davam etdirir.
"Məhsul" qəzeti rayonun ictimai-siyasi həyatını əks etdirməklə abunə vasitəsilə yayılır. Redaksiyanın yaradıcı heyəti qəzetin səhifələrində rayonda aparılan abadlıq-quruculuq işlərini geniş işiqlandırır, məzmunlu, peşəkar müəllif yazıları və bədii-publisistik məqalələr çap edir.