Qobustan (jurnal)


"Qobustan" — 1969-cu ildən Bakıda nəşr edilən rüblük incəsənət toplusu. İncəsənət almanaxının davamıdır[1].

"Qobustan"
Baş redaktor Pərvin Nurəliyeva
Təsis tarixi 1969
Qərargah Bakı şəhəri Xaqani küçəsi, 25.

İlk baş redaktoru xalq yazıçısı Anar olmuşdur. İldə dörd dəfə çıxan toplunun indiyəcən 132 sayı işıq üzü görmüşdür.

Anar Azərbaycan Yazıçılar Birliyinin sədri seçiləndən sonra jurnala xalq şairi Fikrət Qoca rəhbərlik etmişdir (1989-2004). 2004-cü ildən 2013-cü ilə qədər jurnalın redaktoru Ələkbər Salahzadə olmuşdur. 2013-cü ildən jurnalın baş redaktoru Vaqif Əlixanlıdır[2]. 2 İyul 2021-ci ildə jurnalın baş redaktorluğu yazıçı Pərvin Nurəliyevaya həvalə olunmuşdur.

24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır[3].

"Qobustan" öz səhifələrində bütün sənət sahələrini əhatə edən araşdırmalara, nəzəri-tənqidi yazılara, klassik irslə və çağdaş dünya sənətçilərinin yaradıcılığı ilə bağlı materiallara geniş yer ayırır.

  1. Kinozal.az[ölü keçid]
  2. ""Qobustan" jurnalına yeni baş redaktor təyin olunub". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-06.
  3. Azərbaycan yazıçılarına dövlət qayğısının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 1997-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı

4.http://ayb.az/index.php/4xeber/4850-az%C9%99rbaycan-yaz%C4%B1%C3%A7%C4%B1lar-birliyind%C9%99-yen%C9%99-kadr-t%C9%99yinatlar%C4%B1-oldu.html

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]