Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fizika, riyaziyyat və informatika tədrisi — 1954-cü ildən XX əsrin 80-ci illərinədək "Fizika və riyaziyyatın tədrisi" adı ilə dərc olunub. 1990-cı ildən 2000-ci ilə qədər çap olunmayıb. 2000-ci ildən "Fizika, riyaziyyat və informatika tədrisi" adı altında çap olunur.[1]
Fizika, riyaziyyat və informatika tədrisi | |
---|---|
Məsul redaktor | Həmzə Seyidli |
Növ | Jurnal |
İlk buraxılışı | 1954-cü il |
"Fizika, riyaziyyat və informatika tədrisi" məcmuəsinin qarşısında duran başlıca vəzifə ümumtəhsil məktəblərində fizika və riyaziyyat fənlərinin tədrisinin yaxşılaşdırılmasında müəllimlərə kömək etməkdən ibarətdir. Məcmuə oxucuları fizika, texnika və riyaziyyata aid yeni ədəbiyyatla tanış etmək, həmçinin fizika, astronomiya, riyaziyyat və rəsmxətə aid məsələlər haqqında məlumat vermək məqsədini də qarşıya qoymuşdur.
Jurnal istedadlı şagirdlərlə iş, riyaziyyatın tədrisi problemləri, həmin fənlərin tədrisi prosesində tərbiyə, Azərbaycanın və dünya ölkələrinin alimlərinin həyat və yaradıcılığı ilə tanışlıq, şagirdlərin regional və dünya olimpiadalarına hazırlaşdırılması, fənn müəllimlərinin elmi-nəzəri, pedaqoji ustalıqlarının artırılması, təhsil islahatlarının istiqamətlərini də işıqlandırır. Məcmuə bir tərəfdən fizika, riyaziyyat və informatika üzrə qabaqcıl məktəblərin, müəllimlərin təcrübəsini ümumiləşdirib yayır, digər tərəfdən tədris prosesindəki çatışmazlıqları müəyyən edərək çıxış yolları göstərən yazılar dərc edir. Jurnal, həmçinin dövlət orqanlarının, o cümlədən Təhsil Nazirliyinin qərar və göstərişlərini təbliğ edən müxtəlif səpkili yazıları oxucularına çatdırır. Oxucular jurnalda fizika, riyaziyyat və informatikanın elmi-nəzəri məsələlərini müasir baxımdan şərh edən, müəllim və şagirdlərin maraq dairəsinə uyğun olaraq onlar üçün faydalı, orjinal, nəzəri-metodik yazılarla, inkişaf etmiş ölkələrdə fizika, riyaziyyat və informatikanın tədrisinə dair qabaqcıl təcrübəyə aid materiallarla da tanış ola bilirlər.[1]