Azərbaycan Ordusu (qəzet)

Azərbaycan Ordusu (qəzet)Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi "Xalq Ordusu" adlanan qəzetin birinci nömrəsi 1992-ci ilin fevral ayının 11-də çap olunmağa başlayıb.

Azərbaycan Ordusu
Növ hərbi qəzet
Format A 3
Sahibi Azərbaycan Müdafiə Nazirliyi
Yazıçılar

kapitan Orxan Hüseynli, kapitan Günay Tağıyeva, baş leytenant Fuad Cəfərov, baş leytenant Mahmud Möhbalıyev, baş leytenant Oruc Mustafayev, baş leytenant İbrahim Məmmədbəyov, leytenant Elvin Vətəndust, Əməkdar jurnalist Rəşid Hüseynov, Lalə Hüseynova, Vahid Məhərrəmov, Bəxtiyar Əliyev, Mübariz Musayev,

Hüsniyyə İdrisova.
Yaranma tarixi 1992
Siyasi mənsubiyyət müstəqil
Dil azərbaycanca
Səhifə 8
Ünvan Bakı şəh. Akademik Şəfaət Mehdiyeva küç. 144,"Qızıl Şərq" hərbi şəhərciyi
Ölkə
Azərbaycan Ordusu qəzeti

İlk hərbi qəzet getdikcə genişlənən Qarabağ müharibəsini, o cümlədən cəbhədə baş verən hadisələri işıqlandırmağa və düşmənə qarşı döyüş ruhunu yüksəltməyə yardımçı olmağa çalışırdı.

Qəzetin mövcud olduğu illərdə ordunun həyatında baş vermiş əksər hadisələr, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin daha da inkişaf etdirilməsi, müasir silah və texnika ilə təmin edilərək döyüş qabiliyyətinin yüksəldilməsi və şəxsi heyətin bilik və bacarıqlarının artırılması məqsədilə Azərbaycan Respublikası PrezidentiSilahlı Qüvvələrin Ali Baş Komandanlarının göstərdiyi diqqət və qayğı, eyni zamanda A. R. Müdafiə Nazirliyinin rəhbərliyinin fəaliyyəti qəzetin səhifələrində öz əksini tapmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]