Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu gün əgər biz varıqsa və hələ də Türk Ulusu olaraq aradan getməmişiksə, bunun səbəbi yalnız bu yolda mücadilə aparmağımız deyil. (Çünki bizlərə edilən zorakılıq, müstəmləkə, həm də şovinist siyasətinin nəticəsində özümüzdən uzaqlaşdırılmışıq.) Bəlkə dilimizin, ədəbiyyatımızın və tariximizin zənginliyindən və çox dərin köklərinin olmasından xəbər verir.
Kimlik (jurnal) | |
---|---|
Baş redaktor | Sirus Azadi |
Növ | müstəqil aylıq elmi-kütləvi jurnal |
Format | A4 |
Təsis tarixi | 2009 |
Qərargah | Azərbaycan, Bakı şəhəri, |
Dil | Azərbaycan dili |
"Kimlik" dərgisi olaraq, düşünürük ki, bu vasitə ilə dünyanın müxtəlif ölkələrində yaşayan və məskən salan bütün Türk ölkələri və topluluqları arasında, "Milli Kimliyimiz" üzrə maariflənmə və əlaqələndirmə işində bir körpü olaq. Təbii ki, bu yolda çalışan yalnız biz deyilik. Çoxlu kitablar, dərgilər, qəzetlər, məqalələr və s. Türk soydaşlarımız tərəfindən dərc olunur və yayımlanır. Amma bütün bunlar kifayət etmir. Ona görə ki, hələ də bizim millətin çox hissəsi assimilyasiya siyasətinin təsiri altında, ya Azəri, azərbaycanlı, iranlı, ya da... adlandırılır.
Bütün dünyada yaşayan topluluqlarımız milli kimliyini, "Türk" olduğunu dərk etməyənə qədər, dünyanın müxtəlif qitələrində yaşamasından asılı olmayaraq, nə gərəkdirsə, etməli, yalnız bir düşüncə "Türk Milləti Məfkurəsi" ətrafında formalaşmalıdır. Bu yol özünü dərk edən hər bir Türkün missiyasıdır, qənaətindəyik.