Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 40 gün əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Qrapapaqlar" jurnalı — Tbilisidə nəşr olunur.
Qarapapaqlar | |
---|---|
Təsis tarixi | 2007 |
2007-ci ildən çap olunur. Professor Şürəddin Məmmədlinin rəhbərliyi altında rübdə bir dəfə nəşr olunmaqla araya-ərsəyə gətirilsə də 4-cü sayından sonra fəaliyyətini dayandırmışdı. Bu yaxınlarda Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Qarapapaqlar" jurnalınını nəşri bərpa edilmişdir.
Sevindirici haldır ki, əvvəllər müstəqil fəaliyyət göstərən dərgi indi Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin aylıq mətbu orqanı kimi rəsmi qeydiyyatdan keçmişdir. Yeni redaksiya heyətinin və kollektivinin zəhməti sayəsində işıq üzü görən jurnalın məqsədi Gürcüstan – Azərbaycan dövlətlərarası ədəbi mədəni və elmi əlaqələrini daha inkişaf etdirilib möhkəmləndirilməsinə xidmət etməkdir. Jurnalda Borçalının ziyalıları V. Hacılar, Ş. Məmmədli, M. Kamaloğlu və digər yaradıcı soydaşlarımzla birgə Türkiyədən C. Alyılmazın, Bakıda yaşayan Borçalı əsilli ziyalılarımızdan Ş. Şamıoğlu, K. Məmmədov, N. Əbdülrəhmanlı və başqaları da dərgidə Borçalının tarixinə, folkloruna, ədəbiyyatına aid qiymətli yazılarla çıxış etmişlər.
Jurnal siyasətdən uzaq Ümumtürk dünyasına məxsus elmi ədəbi mədəni, dini tarixi sferada baş verən yenilikləri və Tiflisdəki Gürcü dilli ədəbi, mədəni və elmi mühitdə baş verənləri tərcümə vasitəsilə soydaşlarımızın diqqətinə çatdırmaq missiyasını öz üzərinə götürmüşdü. "Qarapapaqlar" jurnalının mənəvi və maddi dəstəyə ehtiyacı olduğunu dilə gətirən baş redaktor sonda üzünü ziyalılarımıza və iş adamlarına tutaraq bu yolda onlara dəstək olmalarını xahiş etmişdir.
Jurnalın Veb-saytı Arxivləşdirilib 2010-07-10 at the Wayback Machine