Daşkəsən (qəzet)

Daşkəsən qəzeti — SSRİ dövründən Daşkəsəndə nəşr olunan qəzet[1]. Qəzet müstəqil ictimai-siyasi mətbu orqanı kimi fəaliyyət göstərir. Vaxtilə Daşkəsən rayonunun yerli mətbuat orqanı olan "Daşkəsən" qəzeti 1933-cü ildə Daşkəsən rayon partiya komitəsinin oqranı kimi təsis edilmişdir. Qəzet 1991-ci il oktyabrın 18-dək rayon partiya komitəsinin, 1991-ci ildən 1997-ci ilədək müstəqil ictimai-siyasi qəzet və 1997-ci ildən 2022-ci ilin sentyabrın 17-dək Daşkəsən Rayon İcra Hakimiyyətinin mətbu orqanı kimi fəaliyyət göstərmişdir.  "Daşkəsən" qəzeti 1999-cu ildə Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçmişdir. Ayda bir dəfə A1 formatda rəngli dərc edilirdi. Tirajı 500 nüsxə idi. Azərbaycan Respublikası Prezidentinin "Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı haqqında" 2022-ci il 17 sentyabr tarixli Fərmanından sonra hazırda müstəqil ictimai-siyasi qəzetdir.

"Daşkəsən" qəzeti
Növ Müstəqil ictimai-siyasi qəzet
Təsisçi Müstəqi ictimai-siyasi qəzet
Yaranma tarixi 1933
Dil Azərbaycanca
Ünvan Daşkəsən şəhəri

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006

https://static.president.az/upload/Files/2022/09/17/73e19a226da9616b6f3397a98707743f_5761353.pdf