Abşeron (qəzet)

Abşerоn — Sovet dövründə Abşeronda nəşr olunmuş qəzet[1]

Abşeron
Növ sosial-siyasi və iqtisadi qəzet
Format A3
Təsisçi Abşeron Rayon İcra Hakimiyyəti
Yaranma tarixi 1962
Dil Azərbaycan dili
Ünvan Bakı ş.
Tiraj 2500

Haqqında[redaktə | mənbəni redaktə et]

"Abşeron" qəzeti 1962-ci ilin may ayından Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin rayonlararası qəzeti kimi Abşeron və Dəvəçi (indiki Şabran; XızıSiyəzən rayonlarının əraziləri də daxil olmaqla) rayonlarının ərazilərinin sosial-siyasi və iqtisadi həyatını işıqlandırmaq məqsədilə təsis olunmuşdur.

1964-cü ilin mayından "Abşeron" qəzeti Azərbaycan KP Abşeron Rayon Komitəsinin və rayon XDS-nin orqanı kimi fəaliyyətini yalnız Abşeron rayonunun ictimai-siyasi həyatının işıqlandırılması ilə 1991-ci ilin sonlarınadək davam etdirmişdir.

1992–1994-cü illərdə "Abşeron" qəzeti Abşeron rayon XDS-nin orqanı kimi fəaliyyət göstərmiş, 1994-cü ildən həmin qəzetin nəşri müvəqqəti dayandırılmışdır. 1997-ci ilin avqsutunda "Abşeron" qəzetinin nəşri bərpa olunmuş və o, 1998-ci ilin yanvarından Abşeron Rayon İcra Hakimiyyətinin qəzeti kimi müntəzəm olaraq rayonun ictimai-siyasi həyatını işıqlandırır və 2000–2500 tirajla çıxır.

Qəzet 1962-ci ildən hal-hazıra kimi "Azərbaycan" nəşriyyatının mətbəəsində çap olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006