Odlu Yurd (jurnal)

Vikipediya, azad ensiklopediya
Rəcəb Yaxşı (müzakirə | töhfələr) (→‎İstinadlar) tərəfindən edilmiş 12:47, 10 iyul 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Odlu Yurd
Təsisçi Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə
Təsis tarixi 1928
Dil türk


Odlu Yurd (türk. Odlu Yurt) Türkiyə Respublikasında qurulmuş olan jurnal. [1] Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi topludur.

Tarixi

İlk nömrəsi 1929-cu ilin martında, son - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxmışdır. Toplunun nəşrinin imtiyaz sahibi Abbasqulu Kazımzadə, məsul müdiri Kamil, baş mühərriri isə Məhəmməd Əmin Rəsulzadə idi. "Odlu yurd" özündən əvvəl nəşr olunmuş "Yeni Qafqasya", "Azəri-türk" məcmuələrinin ideya istiqamətini davam etdirmişdir. Toplunun birinci sayında verilən proqram-məqalədə Azərbaycançılıq fikrinə önəm vermək məqsədilə təsis olunan "Odlu yurd" un, hər şeydən əvvəl, milliyyətçi, türkçü, cümhuriyyətçi və xalqçı olduğu; Azərbaycan Xalq Cümhuriyyəti məfkurəsini üstün tutduğu və müdafiə etdiyi açıqlanır, topluda türk xalqlan və türk dünyasının yeganə müstəqil dövləti olan Türkiyə Cümhuriyyəti haqqında oxuculara məlumat veriləcəyi; Qafqazın İstiqlal və xilasının reallaşması üçün qafqazlıların ümumi düşmənə qarşı ittifaqa çağırılacağı; şərqin, xüsusən məzlum və məhkum türk xalqlarının istiqlal savaşını doğrultmaq və milli mücadiləsini yüksəltmək işinin təbliğ olunacağı bəyan edilirdi.

Fəaliyyəti

"Odlu yurd"da dərc olunan məqalələrin ana xəttini, hər şeydən əvvəl, Azərbaycanın azadlığı ideyalarının təbliği, 28 May istiqlalı və 28 Aprel işğalı, erməni daşnaklarının xalqımıza qarşı Bakıda törətdiyi 1918-ci il 31 mart soyqırımı günlərinin anılması, Azərbaycanın gec-tez öz istiqlalına qovuşacağı ümidləri təşkil edirdi. Məcmuənin əsas müəllifləri Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mustafa Vəkilli (Vəkilov), Hilal Munşi, Mir Yaqub Mehdiyev, Əhməd Cəfəroğlu və başqaları idi. Özündən əvvəlki Azərbaycan siyasi mühacirəti nəşrlərinin ənənələrini davam etdirən "Odlu yurd" Azərbaycan mühacir mətbuatı tarixində parlaq iz buraxmışdır.[2]

Yazarları

Ədəbiyyat

  • Tahirli A., Azərbaycan mühacir mətbuatı, B., 2002;
  • Şimşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi, İstanbul, 2002.

İstinadlar

  1. [1]
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 274. ISBN 9952-417-44-4.