Zəka (jurnal)
Bu məqalə Kitablar aləmində (jurnal) məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. |
Zəka (jurnal) | |
---|---|
Baş redaktor | Səyadulla Kərimli |
Növ | Elmi-publisistik, ədəbi-bədii jurnal |
Format | A4 |
Təsis tarixi | 1992 |
Qərargah | Azərbaycan, Bakı şəhəri, |
Dil | Azərbaycan dili |
Zəka – elmi-publisistik, ədəbi-bədii jurnaldır. Azərbaycan Respublikası Mətbuat Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Respublika Könüllü Kitabsevərlər Cəmiyyətinin birgə nəşri olub.
Tarixi[redaktə | mənbəni redaktə et]
1965-ci ildən fəaliyyətə başlayıb. Əvvəllər kiçik, sonralar isə (1981-ci ildən) geniş formatda buraxılıb. Jurnalda kitabla bağlı bütün məsələlər — onun məzmunu, mündəricəsi, tarixi, inkişaf yolu, təbliği, poliqrafiya mədəniyyəti və s. barədə məqalələr dərc edilib. 1992-ci ilə qədər "Kitablar aləmində" adı ilə nəşr olunub. "Kitablar aləmində" jurnalına, 26 il nəşri dövründə İsrafil Nəzərov, Sabir Tarverdiyev, Səyadulla Kərimli kimi Azərbaycanın tanınmış jurnalist-yazıçıları baş redaktorluq edib. 1992-ci ildən "Zəka" adı ilə buraxılıb. Bilavasitə, həmin jurnalın davamçısıdır. Lakin o öz sələfindən məxsusi məzmun və mündəricəsinə, işıqlandırdığı məsələlərin əhatə dairəsinə, aktuallığına, elmi sanbalına görə xeyli fərqlənmişdir. Jurnalda Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin qaranlıq, kölgəli səhifələrinin açılmasına kömək edə biləcək publisistik materiallara daha çox üstünlük verilmişdir. Jurnalın bu müddət ərzində (1992-2006 və 2009 - 2015 - ci illər) baş redaktoru yazıçı-publisist Səyadulla Kərimli olub.
Jurnalın hər nömrəsində həm yenicə çapdan çıxan, həm də nəşrə hazırlanan kitablar haqqında məlumat verilib. Nəşrdə, həmçinin, kitablar fonunda, tarixə, ədəbiyyata, elmin ayrı-ayrı sahələrinə, dünya xalqlarının mədəniyyətinə və s. aid publisistik yazılar da dərc olunub.
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
- 1."Kitablar aləmində" jurnalının 1965–1980-ci il nömrələri.
- 2."Kitablar aləmində" jurnalının 1981–1992-ci il nömrələri.
- 3. Səyadulla Kərimli."Qüvvələrimizi birləşdirsək…"(baş məqalə),"Zəka" jurnalı,1992, nömrə-1.
Mənbə[redaktə | mənbəni redaktə et]
- Səyadulla Kərimli,"Zəka" jurnalı,1992,nömrə-1.
- "Zəka" jurnalının 1992-2000-ci il nömrələri.