Tənənəm dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən qərbə ayrılan Rəmlər qolunun qurtaracağında, onun cənub-qərb yamacında, Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəkslik (hünd. 1603,0 m). Тənənəm kəndindən 750 m şərqdədir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batımı sahəsində müşahidə edilən Biləvə-Qoçuludağ sinklinalının nüvə hissəsində yerləşir. Qərb və şərq yamaclarından submeridional istiqamətli əks-fay üstəgəlmə qırılmaları keçir.[1]
Tənənəm dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Dərələyəz silsiləsi |
Mütləq hündürlüyü | 1603,0 m |
Yerləşməsi | |
39°28′36″ şm. e. 45°05′52″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|