1. Qoşulan və minilən ev heyvanı.
□ At çapmaq – at qovmaq, at sürməklə yarışmaq.
Cıdır atı – at yarışında iştirak etmək üçün saxlanılan at.
Minik atı – ancaq minmək üçün saxlanılan at.
Orta atı – arabada ortaya qoşulan at.
Yan atı – arabada və s.-də həmişə yana qoşulan at.
Yedək atı – ehtiyat üçün yanda aparılan at.
2. Uşaqların at kimi mindikləri ağac və s.
◊ At başı salmaq – münasibətsiz və yersiz müdaxilə etmək.
At gücü tex. – mühərrikin qüvvəsini ölçmək üçün ölçü vahidi (saniyədə 75 kiloqram-metrə bərabərdir).
At oynatmaq – 1) at minib hünər göstərmək, at minməkdə məharət, igidlik göstərmək;
2) məc. meydanı boş görmək, meydan oxumaq.
At zavodu – cins at yetişdirən müəssisə.
Meydana at salmaq – söhbət zamanı ortalığa, mətləbə dəxli olmayan söz salmaq.