Odlu Yurd (jurnal): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 34: Sətir 34:
“Odlu Yurt” zəngin yazar heyəti və geniş müxbir şəbəkəsi ilə Türkiyə, Azərbaycanda və İranda nüfuz sahibi olmuş jurnaldır. Jurnalda Azərbaycanın istiqlal mübarizəsi tarixi, [[Müsavat Partiyası]], Azərbaycandakı vəziyyət, Azərbaycan mühacirləri və onların fəaliyyəti, Azərbaycanda kollektivləşmə hərəkatı, [[Azərbaycan nefti]], Azərbaycan və Rusiya mətbuatından sitatlar, İran xəbərləri, [[Türkmənistan]], [[Əfqanıstan]] və Qafqaz, kitab və qəzet təqdimatları, Azərbaycanda təhsil həyatı kimi mövzulara yer verilmişdir.{{sfn|Yaqublu|2014|p=15}}{{sfn|Ünal|2018|p=46}}

== Jurnalın məqsədi ==
== Jurnalın məqsəd və prinsipləri ==
1929-cu il mart ayının 1-də çap olunan ilk sayındakı «Çöhrəmiz» adlı məqalədə jurnalın məqsədi aşağıdakı kimi açıqlanır:{{sfn|Enserov|2018|p=115}}
1929-cu il mart ayının 1-də çap olunan ilk sayındakı «Çöhrəmiz» adlı məqalədə jurnalın məqsədi aşağıdakı kimi açıqlanır:{{sfn|Enserov|2018|p=115}}

Sətir 43: Sətir 43:
Milli dövlət – iştə müstəqil olan hər millət idarəsinin alması zəruri olan bir şəkil, öz-özünə bir qayə olmaqla bərabər bu şəkil bizim nəzərimizdə xalqın həqiqi ehtiyacla gördüyü zamandır ki, vaxtıdır. Demokratik hökumət, dövlət təşəkkülündə qayəni təşkil edən fərdi hürriyyəti böyük ölçüdə təmin etməklə bərabər, bu hürriyyıtin cəmiyyətdəki istehsal qüvvələrini müşkülləşdirəcək dərəcədə həddini keçməsinə dözə bilməz.}}

Yuxarıdakı cümlələrdən də anlaşıldığı kimi, jurnal Azərbaycanın Rusiya tərəfindən işğalını “qırmızı işğal” adlandırır və bu işğala qarşı cəmiyyətdə maarifləndirmə işini gücləndirmək məqsədi ilə qəzet və jurnallar nəşr edilməsini vacib bilir. Məqsəd müstəqillik əldə etmək, işıqlı Azərbaycan yaratmaqdır. Rusları alt-üst edəcək bir müstəqilliyin mümkün olduğu barədə yazılır:{{sfn|Ünal|2018|p=48}} {{cquote|Belə ki, sabahkı Rusiya dünənin Rusiyası olmayacaq, hətta bugünkü Rusiya da dünənki Rusiya deyil. 140 milyon... Bəli, bu doğrudur; lakin bu qorxunc rəqəm bölünməz deyil. Bu ittifaqı təşkil edən rəqəmdə; 30 milyon Ukrayna, 13 milyon Türküstan, 12 milyon Qafqaz var. Təmiz rus ünsürü 80 milyona belə çatmır. Rusiyadakı milli təşəkküllər və hərəkatlar tədqiq edildikdə, dünya müharibəsi nəticəsində Avropada doğulan xalqlarla artıq müşahidə olunan milli cərəyanlar nəzərə alınarsa, Rusiyanın dünya tarixində Avstriya və Osmanlı İmperiyasının taleyinə qarışmayacağını söyləməyə heç bir əsas yoxdur.}}

Məcmuanın "xidmət etdiyi fikirlər" olaraq adlandırdığı prinsipləri jurnalın ilk nömrəsinin ilk məqaləsinin sonunda aşağıdakı kimi açıqlanmışdır:

# "Odlu Yurd" milliyətçi, türkçü, xalqçı, radikal, cumhuriyyətçi və istiqlalçı bir məcmuadır.
# "Odlu Yurd" müstəqil Azərbaycan Xalq Cumhuriyyətinin məfkurəsini müdafiə edir.
# "Odlu Yurd" türk qövmlərini bir-birinə tanıdır, xüsusilə Türk dünyasının yeganə müstəqil və şərq radikalizminin müməssili Türkiyə Cumhuriyyətindəki islahat hərakatı barədə oxuyucularına məlumat verir.
# "Odlu Yurd" Qafqazın istiqlal və xülasəsini göz önündə tutur və bu məqsədlə Qafqazlıları ümumi düşmənə qarşı mübarizəyə çağırır.
# "Odlu Yurd" Şərqin modernist radikalizmini təbliğ edir, xüsusilə məzlum və həbsdə olan türk boylarının istiqlal davasını təsdiq və milli mübarizəni elan edir.

== Mənbə ==
== Mənbə ==

20:08, 18 yanvar 2023 tarixindəki versiya

Odlu Yurd
Təsisçi Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə
Təsis tarixi 1928
Dil türk

Odlu Yurd (türk. Odlu Yurt) — Türkiyə Respublikasında qurulmuş olan jurnal.[1] Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi topludur.

“Odlu yurd” Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir mətbuatı tərəfindən nəşr olunan üçüncü jurnaldır. İlk nömrəsi 1929-cu ilin martında, son - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxmışdır.

Haqqında

1920-ci il rus işğalından sonra Azərbaycanda işğala qarşı mübarizə xaricdə davam etdirildi. [2] Azərbaycan siyasi mühacirətinin məqsədi ilk növbədə istiqlal savaşını dəstəkləmək, onu siyasi, diplomatik və taktiki cəhətdən idarə etmək, Azərbaycanın müstəqillik ideyasını möhkəmləndirmək idi. Bu səbəbdən Rəsulzadəyə görə Azərbaycan siyasi mühacirətinin tarixi məqsədi diplomatik və intellektual fikri təbliğat kimi iki əsas istiqamətdə inkişaf etmişdir. Mühacirətdə olan Azərbaycan ziyalıları istiqlal mübarizəsini intellektual istiqamətdə davam etdirirdilər. Bu məqsədlə M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir hərəkatının nəşr orqanı kimi 26 sentyabr 1923-cü ildə İstanbulda “Yeni Qafqasiya” jurnalının ilk nömrəsi nəşr olundu. Daha sonra isə onu eyni proqram və nəşr siyasəti ilə “Azəri Türk”, “Odlu Yurd” jurnalları və “Bildiriş” qəzeti izlədi.[3]

"Odlu Yurd" özündən əvvəlki jurnallardan fərqli olaraq bütövlükdə latın əlifbası ilə çap olunan ilk jurnal idi. İlk nömrəsi 1929-cu ilin martın 1-də nəşr edilən jurnalın son nömrəsi 1931-ci il 5-6 avqust tarixinə aiddir. "Odlu Yurd" öz səhifələrində başda Azərbaycan olmaqla, rusiya işğalında olan başqa xalqların problemləri ilə yanaşı Qafqaziya, İslam dünyası və beynəlxalq məslələrlə bağlı mövzulara da üstünlük verirdi. İlk nömrəsi 40 səihfədən ibarət olsa da digər nömrələr 24-64 səhifə aralığında dəyişirdi.[3]

Jurnalın üz qabığında Azərbaycan xəritəsi üzərində 8 guşəli işıq saçan ulduz rəsmi var. Jurnalın baş redaktoru Məhəmməd Əmin Rəsulzadə, imtiyaz sahibi A. Kazımzadə, məsul müdiri isə Kamal bəy olmuşdur.[4]

“Odlu Yurt” zəngin yazar heyəti və geniş müxbir şəbəkəsi ilə Türkiyə, Azərbaycanda və İranda nüfuz sahibi olmuş jurnaldır. Jurnalda Azərbaycanın istiqlal mübarizəsi tarixi, Müsavat Partiyası, Azərbaycandakı vəziyyət, Azərbaycan mühacirləri və onların fəaliyyəti, Azərbaycanda kollektivləşmə hərəkatı, Azərbaycan nefti, Azərbaycan və Rusiya mətbuatından sitatlar, İran xəbərləri, Türkmənistan, Əfqanıstan və Qafqaz, kitab və qəzet təqdimatları, Azərbaycanda təhsil həyatı kimi mövzulara yer verilmişdir.[4][5]

Jurnalın məqsəd və prinsipləri

1929-cu il mart ayının 1-də çap olunan ilk sayındakı «Çöhrəmiz» adlı məqalədə jurnalın məqsədi aşağıdakı kimi açıqlanır:[3]

" «Odlu yurd»! bu iki söz türkcə kəlmənin «Azərbaycan»ın müqabil olduğunu söylərsək, məsələn, yarı-yarıya anlaşılmış olur. Yarı-yarıya deyirik, çünki hal-hazırda bir deyil, iki Azərbaycan vardır. Rus istilasına pərdəlik rolunu oynayan «qızıl Azərbaycan» ilə, qəlbində hürriyyət və istiqlalın sönməz odunu daşıyan milli Azərbaycan! «Odlu yurd» milli Azərbaycan fikrinin mürəvvici olaraq intişar edir… Qəzetimizin başında Azərbaycanın əski, yeni maddi çox bulunan işıq və odlarını göstərən lövhədə bu hər tərəfə nur saçan, bir ulduz şəklində göstərilmişdir. Səkkizguşəli ulduz Milli Azərbaycan ulduzudur. Bu ulduz hilalı ilə birlikdə mavi, qırmızı və yaşıl rənglərin üzərinə gəlincə Milli Azərbaycan bayrağını təşkil edər. Milli Azərbaycan bayrağı- budur bizim çöhrəmiz!..

… İstiqlal-iştə Azərbaycan milliyyətçilərini məşğul edən ən aktual bir məsələ…

Milli dövlət – iştə müstəqil olan hər millət idarəsinin alması zəruri olan bir şəkil, öz-özünə bir qayə olmaqla bərabər bu şəkil bizim nəzərimizdə xalqın həqiqi ehtiyacla gördüyü zamandır ki, vaxtıdır. Demokratik hökumət, dövlət təşəkkülündə qayəni təşkil edən fərdi hürriyyəti böyük ölçüdə təmin etməklə bərabər, bu hürriyyıtin cəmiyyətdəki istehsal qüvvələrini müşkülləşdirəcək dərəcədə həddini keçməsinə dözə bilməz.

"

Yuxarıdakı cümlələrdən də anlaşıldığı kimi, jurnal Azərbaycanın Rusiya tərəfindən işğalını “qırmızı işğal” adlandırır və bu işğala qarşı cəmiyyətdə maarifləndirmə işini gücləndirmək məqsədi ilə qəzet və jurnallar nəşr edilməsini vacib bilir. Məqsəd müstəqillik əldə etmək, işıqlı Azərbaycan yaratmaqdır. Rusları alt-üst edəcək bir müstəqilliyin mümkün olduğu barədə yazılır:[6]

" Belə ki, sabahkı Rusiya dünənin Rusiyası olmayacaq, hətta bugünkü Rusiya da dünənki Rusiya deyil. 140 milyon... Bəli, bu doğrudur; lakin bu qorxunc rəqəm bölünməz deyil. Bu ittifaqı təşkil edən rəqəmdə; 30 milyon Ukrayna, 13 milyon Türküstan, 12 milyon Qafqaz var. Təmiz rus ünsürü 80 milyona belə çatmır. Rusiyadakı milli təşəkküllər və hərəkatlar tədqiq edildikdə, dünya müharibəsi nəticəsində Avropada doğulan xalqlarla artıq müşahidə olunan milli cərəyanlar nəzərə alınarsa, Rusiyanın dünya tarixində Avstriya və Osmanlı İmperiyasının taleyinə qarışmayacağını söyləməyə heç bir əsas yoxdur. "

Məcmuanın "xidmət etdiyi fikirlər" olaraq adlandırdığı prinsipləri jurnalın ilk nömrəsinin ilk məqaləsinin sonunda aşağıdakı kimi açıqlanmışdır:

  1. "Odlu Yurd" milliyətçi, türkçü, xalqçı, radikal, cumhuriyyətçi və istiqlalçı bir məcmuadır.
  2. "Odlu Yurd" müstəqil Azərbaycan Xalq Cumhuriyyətinin məfkurəsini müdafiə edir.
  3. "Odlu Yurd" türk qövmlərini bir-birinə tanıdır, xüsusilə Türk dünyasının yeganə müstəqil və şərq radikalizminin müməssili Türkiyə Cumhuriyyətindəki islahat hərakatı barədə oxuyucularına məlumat verir.
  4. "Odlu Yurd" Qafqazın istiqlal və xülasəsini göz önündə tutur və bu məqsədlə Qafqazlıları ümumi düşmənə qarşı mübarizəyə çağırır.
  5. "Odlu Yurd" Şərqin modernist radikalizmini təbliğ edir, xüsusilə məzlum və həbsdə olan türk boylarının istiqlal davasını təsdiq və milli mübarizəni elan edir.

Mənbə

  • Sebahattin Şimşir. Azerbaycanlıların Türkiye'de siyasi ve kültürel faaliyetleri, 1920-1991. Ankara: Azerbaycan Kültür Derneği. 2001. səh. 256.
  • Sebahattin Şimşir, Belkıs Ulusoy. Azerbaycan Siyasi Muhaceretinin İstanbul’daki Basın Faaliyetleri (1923- 1931). 16. İstanbul Üniversitesi İletişim Fakültesi Dergisi. 2013.
  • Songül ÜNAL. SOVYET RUSYA’NIN KUZEY AZERBAYCAN POLİTİKASI “ODLU YURT” MECMUASINA YANSIYANLAR (1929-1931). Nevşehir: T.C. NEVŞEHİR HACI BEKTAŞ VELİ ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ. 2018. səh. 132.
  • Nəsiman Yaqublu. Azərbaycan Mühacirət Mətbuatı (PDF). Bakı: «Elm və təhsil». 2014. səh. 152.
  • Vefalı ENSEROV. MEHMET EMİN RESULZADE ÖNDERLİĞİNDE TÜRKİYE’DE ÇIKARILAN AZERBAYCAN SİYASİ MUHACERET DERGİLERİ. 3. İNİF E-DERGİ. 2018. 100–126.

İstinadlar

  1. [1][ölü keçid]
  2. Şimşir, 2001. səh. 39
  3. 1 2 3 Enserov, 2018. səh. 115
  4. 1 2 Yaqublu, 2014. səh. 15
  5. Ünal, 2018. səh. 46
  6. Ünal, 2018. səh. 48