Odlu Yurd (jurnal)

Vikipediya saytından
Scherbatsky12 (müzakirə | töhfələr) tərəfindən edilmiş 18:35, 18 yanvar 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Odlu Yurd
Təsisçi Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə
Təsis tarixi 1928
Dil türk


Odlu Yurd (türk. Odlu Yurt) — Türkiyə Respublikasında qurulmuş olan jurnal.[1] Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi topludur.

“Odlu yurd” Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir mətbuatı tərəfindən nəşr olunan üçüncü jurnaldır. İlk nömrəsi 1929-cu ilin martında, son - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxmışdır.

Tarixi

1920-ci il rus işğalından sonra Azərbaycanda işğala qarşı mübarizə xaricdə davam etdirildi. Azərbaycan siyasi mühacirətinin məqsədi ilk növbədə istiqlal savaşını dəstəkləmək, onu siyasi, diplomatik və taktiki cəhətdən idarə etmək, Azərbaycanın müstəqillik ideyasını möhkəmləndirmək idi. Bu səbəbdən Rəsulzadəyə görə Azərbaycan siyasi mühacirətinin tarixi məqsədi diplomatik və intellektual fikri təbliğat kimi iki əsas istiqamətdə inkişaf etmişdir. Mühacirətdə olan Azərbaycan ziyalıları istiqlal mübarizəsini intellektual istiqamətdə davam etdirirdilər. Bu məqsədlə M. E. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir hərəkatının nəşr orqanı kimi 26 sentyabr 1923-cü ildə İstanbulda “Yeni Qafqasiya” jurnalının ilk nömrəsi nəşr olundu. Daha sonra isə onu eyni proqram və nəşr siyasəti ilə “Azəri Türk”, “Odlu Yurd” jurnalları və “Bildiriş” qəzeti izlədi.

"Odlu Yurd" özündən əvvəlki jurnallardan fərqli olaraq bütövlükdə latın əlifbası ilə çap olunan ilk jurnal idi. İlk nömrəsi 1929-cu ilin martın 1-də nəşr edilən jurnalın son nömrəsi 11931-ci il 5-6 avqust tarixinə aiddir. "Odlu Yurd" öz səhifələrində başda Azərbaycan olmaqla, rusiya işğalında olan başqa xalqların problemləri ilə yanaşı Qafqazya, İslam dünyası və beynəlxalq məslələrlə bağlı mövzulara da üstünlük verirdi. İlk nömrəsi 40 səihfədən ibarət olsa da digər nömrələr 24-64 səhifə aralığında dəyişirdi.

Fəaliyyəti

"Odlu yurd"da dərc olunan məqalələrin ana xəttini, hər şeydən əvvəl, Azərbaycanın azadlığı ideyalarının təbliği, 28 May istiqlalı və 28 Aprel işğalı, erməni daşnaklarının xalqımıza qarşı Bakıda törətdiyi 1918-ci il 31 mart soyqırımı günlərinin anılması, Azərbaycanın gec-tez öz istiqlalına qovuşacağı ümidləri təşkil edirdi. Məcmuənin əsas müəllifləri Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mustafa Vəkilli (Vəkilov), Hilal Munşi, Mir Yaqub Mehdiyev, Əhməd Cəfəroğlu və başqaları idi. Özündən əvvəlki Azərbaycan siyasi mühacirəti nəşrlərinin ənənələrini davam etdirən "Odlu yurd" Azərbaycan mühacir mətbuatı tarixində parlaq iz buraxmışdır.[2]

Yazarları

Ədəbiyyat

  • Tahirli A., Azərbaycan mühacir mətbuatı, B., 2002;
  • Şimşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi, İstanbul, 2002.

İstinadlar

  1. [1][ölü keçid]
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 274. ISBN 9952-417-44-4.