Samur — Azərbaycanda ləzgi dilində nəşr olunan aylıq ictimai-siyasi qəzet. Nəşrə 1992-ci ilin yanvarından başlanılmışdır.[1] Bəzi materiallar Azərbaycan və rus dillərində dərc olunur.
Samur | |
---|---|
Baş redaktor | |
Yaranma tarixi | yanvar 1992 |
Dil | ləzgi dili, Azərbaycan dili, rus dili |
Baş ofis | |
Tiraj | 2.000 |
samuronline.com |
Qəzetin əsas mövzusu ləzgi dilinin qorunub saxlanması, ləzgi dili və ləzgi mədəniyyəti tədqiqatçıları ilə tanış etməkdir. Qəzetin hər nömrəsində ləzgi ədəbiyyatının klassiklərindən, dilin qrammatikasından və s. bəhs edən ayrıca "Samur məktəbi" səhifəsi dərc olunur.[2] "Qafalaq" rubrikası altında unudulmuş orijinal ləzgi sözləri daim dərc olunur. Qəzet Azərbaycanda və Dağıstanda baş verən ictimai-siyasi hadisələri də işıqlandırır.
Qəzetin ilk redaktoru Feyruz Bədəlov olub.[3] 1992-ci ilin noyabrından isə Nurəddin Həbibov redaktorluq edib.[3] 1997-ci ildə qəzet bağlanmaq təhlükəsi ilə üzləşəndə "Samur" Ləzgi Milli Mərkəzini təmsil edən ziyalılarının təkidi ilə Sədaqət Kərimova redaktorluq etməyə başladı.[1]