Bakinskiye izvestiya

"Bakinskiye izvestiya" (rus. Бакинские известия) — Bakıda rus dilində çap olunmuş qəzet.

"Bakinskiye izvestiya"
Təsisçi D. S. Starоselski
Redaktor
  • О. de Mоnfоr
  • St. Gülüşəmbərоv
  • V. Kuzmin
  • V. Abramоviç
  • V. Neruçev
Yaranma tarixi 1876
Dil rus dili
Nəşrini dayandırıb 1887
Baş ofis
Ölkə

1876-cı ildə Bakıda "Bakinskiye izvestiya" adlı ikinci rusdilli qəzet nəşrə başladı. Bu qəzet Quberniya İdarəsinin rəsmi orqanı idi və general – qubernator D. S. Staroselskinin təşəbbüsü ilə nəşr olunurdu.

İlk əvvəllər müxtəlif vaxtlarda qəzetin redaktorları Stepan Qulişambarov, O de Monfor, V. Kumin, V. Abramoviç, V. Neruçev və s olmuşdur. Qubernatorun "Bakinskiye izvestiya" qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. О, hələ qəzet çıxarmazdan xeyli əvvəl Quberniya İdarəsinin nəzdində mətbəə açmışdı, çapçılar dəvət etmişdi.

Staroselski 1875-ci ildə "Əkinçi (qəzet)" qəzetinin nəşrinə də kömək etmişdi. Həsən bəy Zərdabi də "Bakinskiye izvestiya" ilə əməkdaşlıq etmişdir.

1879-cu ildən "Bakinski izvestiya" Rus Texniki Cəmiyyətinin Bakı filialının nəzdinə keçir.

"Bakinski izvestiya" qəzeti 1876–1887-ci illər ərzində həftədə bir dəfə, 1877-ci ildən isə həftədə iki dəfə buraxılırdı. Sonradan isə günlük paytaxt qəzertləri formatına kerçir. Binanın təmiatı üçün quberniya xəbərlərinə cavab verirdi.

Ad dəyişməsi

[redaktə | mənbəni redaktə et]

İlk 10 il fəaliyyəti zamanı "Bakinski izvestiya" qəzeti dəfələrlə borc səbəbindən dövlət tərəfindən fəaliyyəti dayandırılır və əldən-ələ keçirdi.

1888-ci ildən sonra qəzet "Bakinski torqovo-promışlenı listok" ("Bakı ticarət və sənaye vərəqi") adı ilə çıxmışdır. Müxtəlif vaxtlarda qəzetin redaktorları О. de Monfor, St. Gülüşəmbərov, V. Kuzmin, V. Abramoviç, V. Neruçev və başqaları olmuşdur.[1][2]

  • N. N. Zeynalov. "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı "ADU", 1973
  • Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875–1920), Bakı "Elm və Təhsil", 2009 – 44 səh.
  • "Kaspi", 1884, N-62.
  • "Russkaya periodiçeskaya peçat", Moskva, 1959, səh.566
  1. "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006–248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-08.
  2. "Niyaz Niftiyev, "Mətbuatda multikulturalizm", Bakı, 2017, 247 səh" (PDF). 2020-05-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-07-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]