Cəmiyyət və Din (qəzet)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
"Cəmiyyət və Din" qəzeti
Növ İctimai qəzet
Təsisçi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Baş redaktor Sadiq Mirzəyev (yanvar 2014-cü ildən)
Yaranma tarixi 7 may 2009
Dil Azərbaycan dili
Qiymət 40 qəpik
Səhifə 8 (10 yanvar 2013-cü ilədək)
16 (10 yanvar 2013-cü ildən)
Ünvan AZ 1001, Bakı şəhəri, Əhməd Cavad küçəsi 12.
Tiraj 3000
scwra.gov.az

"Cəmiyyət və din" qəzetiAzərbaycanda nəşr olunan həftəlik qəzet. Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumat "Cəmiyyət və din" qəzetində dərc edilir.[1]

Haqqında

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsis etdiyi "Cəmiyyət və din" qəzetinin ilk nömrəsi 7 may 2009-cu il tarixində çapdan çıxmışdır. Respublikamızda dövlət-din münasibətlərini tənzimləyən hüquqi bazanın təbliğində, müxtəlif din və mədəniyyət mənsubları arasında qarşılıqlı anlaşmanın və dini-etnik dözümlük prinsiplərinin qorunub saxlanılmasında, inam və imanla bağlı cəmiyyətdaxili sosial-siyasi dəyərlərin işıqlandırılmasında mətbu sözdən layiqincə istifadə etmək qəzetin əsas qayəsidir.

Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2894 nömrəli Qeydiyyat Şəhadətnaməsi ilə 19 mart 2009-cu ildə qeydiyyatdan keçmişdir.

10-16 yanvar 2013-cü il tarixli 187-ci sayından etibarən yeni formatda işıq üzü görür və 16 səhifədən ibarətdir.

Redaksiya şurası

Mənbə: "Cəmiyyət və Din" qəzeti. 10-16 yanvar 2013, № 01 (187). səh. 16.  (az.)

Baş redaktorları

Yubiley nömrələri

  • 200 - 18.04.2013

Həmçinin bax

İstinadlar