Köhnə Azərbaycan ekzonimlərinin siyahısı

Köhnə Azərbaycan ekzonimlərinin siyahısı — 1940-cı illərə kimi Azərbaycan dilində (həmçinin orta azərbaycancaqədim azərbaycanca) qeyd olunmuş ekzonimlər. SSRİ hökuməti Azərbaycan Xalq Cümhuriyyətini işğal etdikdən sonra Azərbaycan istilahatına aid çox sözlər "internasionalizmlər" ilə əvəz olunur, Lenin tərəfindən başlanan və Stalin tərəfindən güclənən bu hərəkatın ən pik dönəmi 1937–1945-ci illər olur. Ərəb qrafikalı Azərbaycan əlifbasından latın əlifbasına keçmə nəticəsində bir çox istilahlar unudulur və coğrafi istilahata getdikcə ruscadan gələn sözlər çoxalır.[mənbə göstərin]

Köhnə azərbaycanca coğrafi cismlər adları siyahısı[a]
İndiki adı Köhnə dildə qeyd olunmuş adı Transliterasiya Qeyd
Afina آتنە ، آطنە Atina, Atinə Orijinal Αθήνα sözündəki θ hərfi rus dilinə Ф şəklində işlənilir, lakin tarixi Azərbaycan yazılarında o səsi t (ت ya ط) əvəz edir
Afrika ﴾افریقیّه ﴿افریقیە İfriqiyyə (İfriqiyə) XX əsrə kimi
Albaniya ارناود لق Arnaudluq (Arnavudluq)
Amerika ینگی دنیا ، یݣی دنیا Yeni Dünya (Yenidünya)
Amsterdam مصردام Mısırdam[1] XVIII-XIX əslərdə işlənmişdir
Asiya اسیا Asya (Asiya, Asia)
Aul آغل ، آغیل ağıl
Avropa اوروپا Avropa (Ovropa, Oropa, O'ropa)
Avstriya نمچە ، نمسە Nemçə, Nemsə Orta əsrlərdə bir çox dillərə daxil olmuş slavyan sözüdür. Hərfi tərcümədə němьcь sözünün anlamı "lal" deməkdir (onların slavyan dilində danışa bilmədiyinə görə) və slavyanlar bu sözü bütün almandilli tayfalar üçün işlədirdi, lakin Türk-Ərəb-Fars terminologiyasında bu ancaq Avstriya anlamı verir[2][3]
Aysberq بوز داغی ، بوز طاغی Buzdağı (Buz dağı)
Belçika بیلجیک Belcik (Beljik)
Bosniya بوسنه Bosna
Bolqarıstan بلغار ، بولغار ، بولغارستان Bulğar, Bulğarstan (Bulğarıstan)
Brandenburq ترنداول Tırandavul[4] (Tirandavul, Trandavul[5], Tarandavul)
Çexiya چه Çeh
Efiopiya حبش ، حبشستان Həbəş, Həbəşistan
Genuya جَنَويزْ Cənəviz ~ Gənəviz
Xaldeya کلدان Kəldan
Xorvatiya خروات Xırvat
İordaniya أردن Ürdün
İtaliya ایتالیه İtaliyə (İtaliyyə, İtalya, İtalyə)
Kipr قبرس Qıbrıs
Kolombo كلنبو Kalanbu
Kordova (İspaniya) قرطبہ Qurtuba
Koreya قورە ، قوری Qore [K'ore:], Qorey [K'ore:]
Korfu کرفوز Körfüz
Kosovo قوصوه ، قسوه Qosova
Krit گريد Kirid (Girid)
Qalileya جَلِيله ، غلیله Cəlilə, Qəlilə
Latviya لتونیا Letoniya (Letonya, Lettoniya, Lettonya)
Levant شام Şam
Leypsiq لیپسق[6] Laypsıq
Litva لیتوانیا Litvaniya (Lituvaniya, Litvanya, Lituvanya)
Livan لبنان Lübnan
Liviya لِیبِیَا Libiya
London لوندره Londra[7]
Makedoniya فلیبه Filibə
Mesopotamiya جزیره Cəzirə
Monteneqro قره طاغ Qaradağ Bir çox kitablarda Qaradağ gedir. Tək Azərbaycanca yox, ümmumiyətlə, çox dillərdə Monte Negro (Qara Dağ) sözünün hərfi tərcüməsidir: Crna Gora, Черногория, Karadağ və s.
Niderland فلمنک Fələməng (Fələmənk, Fləmənk, Fləməng)
Oman عمان Ümman
Polşa لہستان ، له Löhüstan (Lehistan), Löh (Leh)
Prussiya پروسیا ، پروسیه ، پروس Prussiya, Purusiyə, Purus
Portuqaliya پرتکیز Portəgiz (Portəkiz, Pörtəgiz, Pörtəkiz)
Roma قزل الما ، روم Qızıl Alma (Qızılalma), Rum (Urum)
Rotterdam روتردام Roturdam
Saloniki سلانیك Səlanik
Serbiya صرف ، صرب Sırf, Sırb
Sevilya اشبیلیہ İşbiliyə
Siciliya سچلیا ، چچلیه Siçiliya (Siçilya), Çiçiliyə (Çiçiliyyə)
Slaviya صقالبه ، صقالبت ، صقالبة Səqalibə, Səqalibət
Sremski Karlovsi قارلویچه Qarloviçə
Stokholm استوقولم İstoqolm
Sürix زوریق Zuruq (Züriq, Zürix)
Şkoder اشقودره İşqodra
Şotlandiya اسقوچیه İsqoçiya (Isqoçıya, İsqoçiyə, İsqoçiyyə)
Şri-Lanka سرنديب ، سیلان Seylan, Sərəndib
Ştat اشتات İştat
Tirren dənizi دوقه دكزی Duqa dənizi
Tripoli طرابلس ، طرابلوس Tırabulus (Trabulus, Tırablus, Trablus, Tarabulus, Tərəbülüs)
Tunis تونس Tunus
Valensiya بلنسیہ Bələnsiyə
Venesiya وندیک Venedik
Vulkan یانار داغ Yanardağ (Yanar Dağ)
Yaponiya ژاپون Japon
Yunanıstan یونان Yunan
İndiki adı Köhnə dildə qeyd olunmuş adı Transliterasiya Qeyd
Brest برەست Birest "Azərbaycan" qəzetində (1918-1920) bir çox yerdə işlənmişdir[8], XX-əsrə qədər برەست yerinə برست yazılırdı (ە "e"-siz, intəhası tələffüzü eyni idi)
Minsk مینسق Minisq "Azərbaycan" qəzetində (1918-1920) bir çox yerdə işlənmişdir[8]
İndiki adı Köhnə dildə qeyd olunmuş adı Transliterasiya Qeyd
Cimasar 𐰋𐰾𐰉𐰞𐰶 Beşbalıq Beşbalıq adı 713-cü ildə Orxon abidələrində qeyd olunub[9][10]
Çin خطا ، چین Xita, Çin
Çyuançjou زيتون Zeytun Müsəlman Şərqi yazılarındakı Çinin Zeytun şəhəri Çyuançjou (Quanzhou) ilə eyniləşdirilməsi XIX-cu əsrdə mübahisəli idi, bəzi alimlər Polo və İbn Battutanın bu adı Syamen (Xiamen) limanına dediyini düşünürdü. Amma sonra, Çin tarixi mənbələri bu şəhərin keçmiş statusu və əsrlər boyu yavaş-yavaş çökən limanının əvvəlki mükəmməlliyi qeyd edir
Hançjou خنسای Xansay Cəmi ət-Təvarix (XIV əsr), Tarix-i Bənakəti, Nüzhət əl-Qulub (1340-cı illər), Xitaynamə (XVI əsr) kimi kitablarda qeyd olunub[11]
Qaoçanq قره‌ خواجه Qaraxoca (Qara Xoca) Yuan sülaləsiMin sülaləsi vaxtlarında "Halahezhuo" (哈拉和卓) [Halahıcuo] və indiki uyğursca adı Qaraxocadır
Quançjou خانفو Xanfu Qədimi mənbələrdə Xanfu olaraq qeyd olunub[12]
İnin قولجا ، غولجا Qulca qazaxca və uyğurca İnin (Yíníng) şəhərinin yerli adı, deyilənə görə Orxon abidələrində qeyd olunub. Kökü Mancur dilində "uhulca" sözündən gəlir və Altay dağ qoyunu və ya Arxar deməkdir[13]
Mancuriya ماچین Maçin
Pekin خان بالق Xanbalıq Çinin Türk-Monqol tayfaları hökuməti (Yuan sülaləsi) vaxtında belə adlanıb[14][15]
Şandonq 𐱁𐰦𐰆𐰭 ⁚ 𐰉𐰞𐰶 Şantunbalıq Qədim Azərbaycan (Türk) mənbələrində bu şəhər Şantuŋbalıq kimi ilə qeyd olunub, Şantuŋ isə həmin şəhərin yerləşdiyi vilayyətin adıdır[16][17]
Sincan-Uyğur Muxtar Rayonu شرقی تركستان Şərqi Türkistan ərazinin tarixi adı[18][19]
Tibet 𐱅𐰇𐰯𐰇𐱅 ⸰ تُبُتْ Tüpüt Qədim türk dilində bu məkanın adı Tüpüt (𐱅𐰇𐰯𐰇𐱅) olaraq tanınırdı. Bu sözün qədim türkcə 𐱅𐰇𐰯𐰇‎ (töpö/töpü/tüpü - təpə) sözündən gəlməsi ehtimal olunur.[20] Mahmud Qaşqarlının məşhur Divanü Lüğat-it-Türk kitabında Qaraxanlı türkcəsində eyni qədim türk dilindəki kimi Tübüt (تُبُتْ) olaraq qeydə alınıb, lakin həmin əlifbada olmadığına görə P hərfinin işlənməməsini qeyd etmək olar.
Tzin imperiyası چین ماچین Çinimaçin
Tyanşan تَݣری طاغ ⸰ 𐱅𐰭𐰼𐰃 ⁚ 𐱃𐰍 Tanrı dağ (Tanrıdağ, Tanrıdağı, Tanrı dağı)

Tarix boyu Ermənistan hökumətləri yaşayış məntəqələrin adlarını rəsmi olaraq dəyişsə də, Azərbaycan hökuməti Qərbi Azərbaycanın tarixi şəhərlərinin orijinal adlarını işlədir (bax Ermənistanın adları dəyişdirilmiş şəhərlərinin siyahısı)

İndiki adı Köhnə dildə qeyd olunmuş adı Transliterasiya Qeyd
İrəvan روان ، اروان ، ایروان Rəvan, İravan (İrəvan)
Eçmiədzin ئۆچ مُؤَذِّن Üçmüəzzin (Üç Müəzzin)
İndiki adı Köhnə dildə qeyd olunmuş adı Transliterasiya Qeyd
Fransa فرنگستان Firəngistan (Frəngistan)
Korsika قورسوغه Qursuğa Piri Rəisin xəritəsində Korsika adası Cəzirət Qursuğa deyə qeyd olunmuşdur[21]
Marsel مارسلیه Mərseliyə bir çox şərq mənbələrində
Nitsa نیسه Nisə köhnə xəritələrdə[22]
Ramatyuel رحمت الله Rəhmətüllah orijinal adı Rəhmətüllah olub[23]
Tulon تولون Tulun
Tuluza تولوشہ ، تولوز Tuluz, Tuluşa (Tuluşə)
Tur بلاط الشهداء Bəlatüşşühəda (Bəlat əş-Şəhada) 10 Oktyabr 732 tarixindəki döyüş ilə əlaqədər müsəlmanlar tərəfindən verilən ad

1936-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı (НКВД) və Mərkəzi İcra Komitəsinin (ЦИК СССР) sənədinə görə Gürcüstan SSR-nin yaşayış məntəqəsinin adları bütün sovet xalqlarının dillərində gürcü dilindəki adının transkripsiyası olmalıdır. Bir çox yaşayış məntəqələrinin adlarına sadəcə "İ" hərfi əlavə olunub.[24]

İndiki adı Köhnə dildə qeyd olunmuş adı Transliterasiya Qeyd
Abastumani اباسوبان Abasuban, Abbas-Tuman (Abbastuman) Şəhər 1595 tarixli Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan-da "Abasuban" (اباسوبان) olaraq yazılmışdır, daha sonra Abbas-Tuman (Abbastuman) kimi qeyd olunurdu[25], bunun səbəbi Şah I Abbasın Kartli və Katexiyaya yürüşlərindən sonra Şah Abbasa məsxərə qurulması ola bilər. 1936-ci ildə gürcüsayağı Abastumani kimi adlandırılıb
Anakliya (Redut-Kali) ردوت قلعه Redutqala[26] Tarixi Redutqalaya aid dağıntılar indiki Anakliyada və Kulevidə tapılır (aralarında 15 km məsafə var)
Bağdati بغدادی‎ Bağdadi 1940-ci ilə qədər Bağdadi adı ilə tanınırdı, sonra rusca Mayakovski (Маяковский) adlandırıldı; 1990-cı ildə gürcüsayağı Bağdati (t harifi ilə) adlandırıldı
Batumi باطوم Batum
Bolnisi Чорук-Кемерли[27] Çörük Qəmərli Çörük Qəmərli adı ilə salınıb, lakin 1817-1819-cu illərdə Russsiya İmperiyası Katarinenfeld olaraq dəyişdi, daha sonra Sovet vaxtında 1921-ci ildə Lüksemburq oldu və 1944-cü ildə gürcü dilində Bolnisi adlandırıldı
Dmanisi Башкечид Başkeçid 1947-ci ildə Başkeçidin adını gürcü dilində Dmanisi qoydular[28][29]
Xaşuri Bəytaxı tarixi adı Bəytaxtı olub[30][31]
Kazbek dağı قازبک طاغ Qazbək dağı (Qazbəy dağı) köhnə Azərbaycan orfoqrafiyasına görə "bəy" sözü "bək" (بک) olaraq yazılırdı[32]
Kobuleti چوروک صو ، چورک صو ، چوریک صو Çürüksu[26]
Kulevi (Redut-Kali) ردوت قلعه Redutqala[26] Tarixi Redutqalaya aid dağıntılar indiki Anakliyada və Kulevidə tapılır (aralarında 15 km məsafə var)
Kutaisi ﴾کوتایس ﴿کتایس Kutayis (Kütayis)
Qardabani قره تپه ، قره يازى Qaratəpə, Qarayazı 1947-ci ilə iki adla Qaratəpə və Qarayazı kimi tanınırdı[33]
Marneuli ساربان‎‎ ، بورچالی Sarvan, Borçalı 1929-cu ilə kimi Sarvan və 1947-ci ilə Borçalı olub, sonra Gürcülər gürcü dilində ad verdilər
Ninotsminda آلتون قلعه Altınqala Osmanlının Çıldır vilayətinin bir qalası (1717-1730)
Poti فاش Faş Şərqi Qara dənizdəki quldurluq halının bitməsi üçün xaraba halda olan Faş qalası 26 iyul, 1579-cu ildə yenidən inşa edildi. 1858-ci ildə şəhər liman statusu almışdır
Tsalka بارْمَقْسِز Barmaqsız 1932-ci ildə Barmaqsız adını Tsalka (Цалка) olaraq dəyişdirdilər[34][35]
Stepantsminda قازبک Qazbək (Qazbəy) köhnə Azərbaycan orfoqrafiyasına görə "bəy" sözü "bək" (بک) olaraq yazılırdı[32]
Suxumi صوقوم قلعه Suqumqala[26]
Tbilisi تفلیس Tiflis
Telavi قره جه لر Qaracalar
Tetritskaro Ағбулаг Ağbulaq 1940-ci ildən sonra Ağbulaq gürcü dilində Tetritskaro adlandırıldı[36][37][38]

Britaniya imperiyasından azadlıq əldə edən Hindistan etnik cəhətdən həssas addəyişmə siyasətini aparır (və bu yalnız yaşayış məntəqələrinə aid deyil, həmçinin küçə adları, simvolikalar və s.). Bharatiya Canata Partiyası (BJP) 1990-cı və 2001-ci illərdə Əhmədabad şəhərini Karnavati olaraq və Allahabad şəhərini Prayaqrac olaraq dəyişdi.[39] Prayaqrac adının qəbul edilməsindən sonra BJP rəsmisi bildirib: "Bu gün BJP hökuməti Əkbərin etdiyi səhvi nətər lazımdı düzəltdi".[40] 2018-ci ildə Övrəngabad şəhəri Çhatrapati Sambhaci Naqar və Osmanabad şəhəri Dharaşiv olaraq dəyişdirildi. Maharaştra ştatının rəisi Uddhav Thackerey 2020-ci ildə qeyd etdi ki, bunların səbəbi «islami» adlardan hindu adlarına keçməkdir.

Hindistan mədəniyyəti etnik və dini qrupların əsrlər boyu bir-bir ilə sülh içində yaşamaqda idi, lakin Hindistan şəhərlərinin və yerlərinin adlarının dəyişdirilməsi kimi hadisələr bu qruplar arasında əsas gərginliyi üzə çıxarır. Bu, ən asan şəkildə millətin müsəlman və hindu əhalisi arasında ziddiyyətli maraqlar və tarixi şərhlər vasitəsilə nümayiş etdirilir. Hindu millətçi partiyası Bharatiya Canata Partiyasının (BJP) siyasətdə hindu millətçiliyinin artan tendensiyası nəticəsində müsəlmanlarda və başqa hindlərdə müsəlman keçmişlərinə qorxu və nifrət yaradır. Bu məyusluğa səbəb olan mühüm hadisələr arasında Feyzabad rayonunun adının Ayodhya rayonu (hinduizmin müqəddəs şəhəri) adlandırılması daxildir.

Hindistanın dəyişən imici ilə yanaşı, onun tarixi tədricən müsəlman deyil, hindu irsini əks etdirən adlarla yenidən yazılır. Hindistanlı müəllif Puşpa Sundar yazır: “Addəyişdirilmələrin arxasında duran məqsəd, istər əvvəllər, istərsə də indi edilir, digərinin etdiyi yaxşılığın və pisin hökm sürən yaddaşını silməkdir və eyni zamanda, cari dövrün şərh etdiyi kimi, tarixə böyük təsir göstərməkdir”. O, oxucuları nəsillərin dəyərləri və münasibətləri dəyişdikcə tarixin yenidən yazılmasının arxasında duran əxlaqı nəzərdən keçirməyə sövq edir. Bu hadisələr müsəlman olan Hindistan vətəndaşlarını öz barədə «ikinci sort» düşüncəsini yayır və bu Hindistanın dünyəvi, çoxkonfessiyalı bir millət olması iddiasına zidd görünür.

İndiki adı Köhnə dildə qeyd olunmuş adı Transliterasiya Qeyd
Ayodxya rayonu فیض آباد محلی Feyzabad mahalı
Benqaliya بنگاله Bengalə
Benqal körfəzi بنگاله کورفزی Bengalə körfəzi
Çennai مدراس ، مَدرَس Mədrəs
Dehli شاه‌ جہان‌ آباد ، شاه‌ جهان آباد Şahcahanabad (Şah-Cahan-Abad)
Hindistan هند Hind Köhnə dildə Hindistan ərazisi üçün sadəcə Hind (هند) sözü işlənirdi
Karnataka میسور و حیدرآباد Məysur və Heydərabad 1956 ildə Hindu millətçiləri tərəfindən ştatları yeni yenidən qurma nəticəsində müsalman əhalili Heydərabad ştatı Andhra Pradeş və Məysur arasında bölünür, bunun mənası müsəlmanları deorqanizasiya etmədir. 1973-cü ildə Məysur ştatı müsəlman adına oxşadığına görə adını dəyişdirərək Karnataka edirlər
Narmadapuram ہوشنگ آباد Hüşəngabad 2021-ci ilin Mart ayında Hindu millətçilərin addəyişmə siyasəti ilə əlaqəli "müsəlman" adı Hindu adına dəyişdirildi[41][42]
Tamil-Nadu ştatı مدراس ریاستی Mədrəs rəyasəti 14 yanvar 1969-cu ildə Hindu millətçilərinin addəyişmə siyəsətində dəyişdirildi
Varanasi بنارس Bənarəs Hindu millətçlərin ləhcəsində yazılmağa başladı

İranda şəhərlərin adını dəyişməsi əsasən 1925-ci ildən hökumətə fars milliyyətçi Pəhləvilərin keçməyi ilə əlaqəlidir, bir çox türkdilli adlar ya başqa farsca sözlə əvəz olunub və ya hərfi tərcümə olunub.

İndiki adı Köhnə dildə qeyd olunmuş adı Transliterasiya Qeyd
Arasbaran قره‌ داغ Qaradağ 1925-ci ildə Rza Şah Əhməd Şah Qacarı taxtdan salıb Pəhləvi sülaləsini quranda Arasbaranın tədricən tənəzzülü başladı. Yeni padşah türk (Azərbaycan) əhalisinə qarşı mədəni və etnik millətçilik və assimilyasiya siyasətini həyata keçirməyə başladı və Qaradağ şəhərinin adını Arasbaran olaraq dəyişdi[43][44]
Həştrud سرسکند Sərəskənd Bölgənin Azərbaycan türkcəsində istifadə olunan adı Sərəskənddir. Hazırki rəsmi adı olan "Həştrud" isə farsca "həşt" (səkkiz)"rud" (çay, axar su) sözlərindən ibarətdir. Şəhərin əsası Teymurilər dövləti dövründə salınıb
Məhabad ساوق‌ بلاغ Soyuqbulaq Məhabad adı ilk dəfə Birinci Dünya Müharibəsindən sonra, Pəhləvi Rza şahın (1925–1941) dövründə olmuşdur. Bundan əvvəl türkcə soğuq-bulaq sözünün farsca təhrifi olan Savojbolagh kimi tanınırdı
Məlikan مَلِکْ کَنْدی Məlikkəndi (Məlik Kəndi) Farsca Məlikan kimi tanınan şəhərin adı Qacar süləlasinin vaxtında Məlikkəndi adıyla yaranmışdır[45]
Miyandoab قوشاچای Qoşaçay Şəhərin Azərbaycan türkcəsindəki adı olan Qoşaçay adı "cüt, iki dənə olan" mənalarını daşıyan "qoşa", və "təbii axar su" demək olan "çay" sözlərindən ibarətdir. Hazırkı rəsmi farsca adı olan Miyandoab adı isə "miyan" (orta, ortasında), "do" (iki), və "ab" (su) sözlərindən ibarətdir
Nəqədə سۇلدۇز Sulduz Monqol tayfasının şərəfinə Sulduz adı ilə salınıb (yerli əhalə həm də Sundus deyir)[46]
Puldəşt عَرَبْلَر Ərəblər Şəhərin əski adı Ərəblər olsa da sonradan 1938-ci ildə farslaşdırılaraq Puldəşt adı verilmişdir[47]
Siyahçeşmə قره‌ عینی Qaraəyni (Qara Əyni) Şəhərin Azərbaycan türkcəsindəki adı olan Qaraeyni adı Azərbaycan türkcəsindəki "qara" (bu söz yer adlarında istər qara rəng, istər "böyük, əzəmətli, [bəzən] uca" mənalarını verir) və ərəbcə "göz, bulaq" mənalarını verən "eyn / əyn" sözlərindən ibarətdir. Lakin şəhərin hazırkı rəsmi farsca adı olan Siyahçeşmə bu şəhərin əsl doğma adının (Qaraeyni) farscaya sözbəsöz tərcümə edilməsiylə yaranıb; belə ki, "qara" sözü "siyah" sözü ilə, "eyni" (bulaq) sözü isə "çeşmə" sözü ilə (hər iki söz xalis fars sözləridirlər) əvəz olunub
Şahindej صاین قلعه افشار Sayınqala Əfşar şəhərin köhnə adı, Zəncandakı Sayınqala (Sainqala) ilə qarışdırmamaq üçün Əfşar sözü əlavə olunur
Təkab تیکان‌ تپه Tikantəpə 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur[48][49]
Üskü اوشقایا Üşqaya yazılışı Üşqaya-dır (Üçqaya deyil), bunun səbəbi "üç" sözü ilə əlaqəsi olmamasıdır[45]
İndiki adı Köhnə dildə qeyd olunmuş adı Transliterasiya Qeyd
Baykonur باي قوݣور Bayqonur Bay və Qonur birləşməsindən
Fort-Şevçenko توپ قراغان Tüpqarağan (Tüpqırağan, Tüp Qırağan)
Jarkent جار کند Carkənd Car («carçı», «car çəkmək» sözləri ilə əlaqəlidir) və kənd birləşməsindən
Oral (Uralsk) تکه قلعەسی ، تکه Təkə, Təkə qalası (Təkəqalası)
Petropavlovsk قزل جار Qızılcar Qızıl və Car («carçı», «car çəkmək» sözləri ilə əlaqəlidir) birləşməsindən. Lazar Budaqov 1871-ci ildə qeyd etmişdir[50]
İndiki adı Köhnə dildə qeyd olunmuş adı Transliterasiya Qeyd
Bessarabiya بوجاق Bucaq Bucaq Moldovanın cənubu və Ukraynanın Odessa vilayyətinin qərb hissəsindən ibarət tarixi bölgədir. Lazar Budaqovun lüğətində və 1876-cı ilin Турецкий собеседник kitabında Bessarabiya sözünün tərcüməsi kimi yazılıb
Kauşen قاوشان Qovşan (Qavşan) Lazar Budaqov lüğətində
Kişinyov قشلانو Qışlanöv Lazar Budaqov lüğətində
Komrat کومرات Kömürat (Kömrat) Komrat adı yerli tatar (qaqauz) dilindən "kömür at" (kömür rəngli at, qara at) ifadəsindən gəlməsi ehtimal olunur[51] və şəhər gerbində həmin at təsvir olunub. Köhnə əlifba ilə کومرات kimi yazıldığına görə bunu bir neçə cür oxumaq olur: Kömürat > Kömrat > Komrat. Bunun haqqında bir xalq sözü var: “...yaşamak erinin saabisi tatarmış, Orumbet Oglu adıymış. Onun bir beygiri Komur at varmış. At yarışmakların çoyunda o ensärmiş. Bu beygirin adını tatar küüyünä koymuşlar...” — "yaşayış yerinin sahibi tatar imiş, adı Or Məhəmməd Oğlu imiş. Onun "Kömür At" adında bir atı var imiş. At yarışlarının çoxunu o udurmuş. Bu atın adını Tatar kəndinə qoymuşlar."
Moldova قره افلاق ، قَرَه اَفْلاق ، بوجاق Qara Əflaq, Bucaq Tarixi Əflaq (Valaxiya) ərazisinin bir hissəsi olduğuna görə bura əraziyə də Əflaq deyilir, amma dəqiqləşdirmək üçün Qara Əflaq ifadəsi deyilirdi. Bucaq isə Moldovanın cənubu və Ukraynanın Odessa vilayyətinin qərb hissəsindən ibarət tarixi bölgədir
Ştefan Voda قزل Qızıl 1949 ildə adını dəyişdirdilər
İndiki adı Köhnə dildə qeyd olunmuş adı Transliterasiya Qeyd
Braşov Barasu "bara su" sözü Bulğar Türkcəsindən "ağ su" mənası verir[52][53]
Breila ابرائل İbrayıl (İbrail)
Buxarest بکرش Bükrəş (Bükürəş)
Curcu یر گوگی Yergöyü avropa mənbələrində Iergogi[54] və Jergiogi[55] kimi qeyd olunurdu, əbcədlə Yergöyü sözü qaydaya görə "yer gögi" (یر گوگی) kimi yazılır
Çokırliya Bülbül iki kənddən birləşir: Kiçik Bülbül və Böyük Bülbül; komunnanın köhnə adı Bülbül idi (1968)
İstriya Qaranəsif
Konstansa كوستنجه Köstəncə yerli dildə adı: yerli qaraçılar, bolqarlar, dombruca tatarları və türklər işlətdiyi şəhər adı Köstəncədir
Krayova قره يوه Qarayuva (Qara Yuva) osmanlı xəritələrində və yazılarında keçdiyi ad[56]
Neqru Vode قره عمر Qaraömər (Qara Ömər) 1715-ci ilə Qaraömər adı ilər salınıb Romınca 1926-cı ilə kişi yazılışı Caraomer, yerli türklər Karaömer deyir
Nevodari Qaraqoyun şəhər 1421-ci Qara Qoyun adı ilə salınıb, lakin indiki yerli camaat Qaraqoyum deyir, rumınca yazılışı Caracoium idi
Oradea واراد Varad
Rumıniya رومانيا Romaniya (Romanya)
Satu-Mare ساتمار Satmar
Sibiu Sibin (Sebin, Sevin) Sibin<Sebin<Säbin sözü Bulğar Türkcəsindən "sevin" feilinin mənasını verir[57]
Timişoara طمشوار Tumuşvar (Tımışvar)
Tırqu-Mureş مورش بازاری Mureşbazarı
Transilvaniya اردل Ərdəl (Erdəl)
Valaxiya افلاق Əflaq (İflaq)
Yassı یاش Yaş
İndiki adı Köhnə dildə qeyd olunmuş adı Transliterasiya Qeyd
Azov آزاق Azaq
Azov dənizi آزاق دَݣِزی Azaq dənizi
Belqorod آقسرا Aqsara (Ağsara) Belqorodun türk dillərinə Aqsara (Ağsara) kimi tərcüməsi Lazar Budaqovun lüğətində qeyd olunmuşdur
Beslan بک آصلان Bəyaslan (Bəy Aslan) [bəslan] Şəhərin adı yerli müsəlman-osetinlərindən dağaur tayfalı dərəbəy olan Beslan Tulatovun (Беслан Тулатов) adını daşıyır. Bu ad «Bəy Aslan» (بک آصلان) sözlərinin birləşməsidir, qısaldılaraq Bəslan şəklini almışdır
Budyonnovsk Карабаглы[58] Qarabağlı Şəhər Macar adı ilə Xəzərlər tərəfindən salınıb, bu adla Dərbəndnamədə, İbn Bətutə tərəfindən və digər mənbələrdə qeyd olmuşdur; ruslar buranı Starıye Macarı (Köhnə Macarı) qeyd edirdilər. 1799-cu ildə rus çarı fərqli yerlərdən (İran, Dərbənd) erməniləri toplayaraq bu şəhərdə məskənləşdirdi və şəhərə 2 rəsmi ad qoyuldu: Svyatoy Krest ("Müqəddəs Xaç", Св. Крест, Святой Крест, Креста Святого) və Qarabağlı (Карабаглы).[59] Başqa məlumata görə yerli camaat bu şəhəri Qarabağlı deyirdilər, ermənicə adı isə Surb Xaç olmuşdur.[60] Daha sonra ermənilər əsksəriyyətə dönüb və onlara öz erməni məhkəmə sistemini istifadə etməyi icazəsi verilib
Çeçenistan چچنیستان ، میچغیز Çeçənstan (Çeçənistan), Mıçığız[50]
Çerkessk بطال پاشا Battalpaşa
Çervlyonnaya اوراز قلعه Orazqala[61]
Dnepr çayı اوزی صویی Özü suyu
Don çayı تن Tin
Endirey اندیری Əndirəy (Əndəri)
Gelencik کلنجک Gələncik
Georgiyevsk گوم قَلْعَه Gümqala
Həştərxan حاجی ترخان Hacı Tərxan (Hacıtərxan)
Kaluqa قالوغا Qaluğa
Kama çayı چولمان Çolman
Kizlyar قزلر ، قِزْلَرْ قَلْعَه ، قیزلار قالا Qızlar, Qızlarqala
Kostek کؤسْتِک ، کوستک Köstək
Krasnodar قوبان Quban
Krasnoyarsk Кызыл-яр Qızılyar (Qızıl Yar)
Kuban çayı قومان Quman
Kuma çayı گومو Gümü
Qolovinka (Soçi) صو باشی Subaşı (Su Başı)
Qroznı Суюнчь-кһала[62] Söyüncqala (Sevincqala)
Mahaçqala انجی قلعه İnciqala, Unçuqala Orijinal adı sırf ərəb hərflər ilə (türk ya fars deyil) və hərəkəsiz yazıldığına görə, bu söz fərqli oxuna bilər: Ancıqala, İnciqala, Unçuqala və s.[63] Mirzə Kazım bəy bunu İnci (ing. Inji) kimi oxuyurdu.[64] Rus müəlifləri bu şəhəri un ilə əlaqələndirərək yerlilər tərəfindən adını Unçuqala (rus. Мучная крепость) dediyini qeyd edirdilər və bunun səbəbini bu qalanın Qafqaz mövqesində əsas ərzaq məntəqəsi olduğunu bildirirdilər.[65][66][67][68][69][70][71]Rus İmperiyası vaxtı rusca Petrovsk, Sovet dönəmindən bəri isə Maxaçkala adlanır
Mamayka مامای قلعه Mamayqala[26]
Moskva مسکو ، مسقو Məsko (Məskəv, Məskov), Mosqu (Masqo, Mosqov, Masqov)
Nalçik نعلجق Nalcıq
Novorossiysk صوغوجاق ، صوغوجق Soğucaq
Orenburq اورنبورغ Orunburğ
Primorsko-Axtarsk اختر باختر ، اختار باختار Axtar-Baxtar (Axtarbaxtar, Axtər-Baxtər, Axtərbaxtər)
Proxladnı اوزون قلا Uzunqala
Rusiya ، Әрәсеј روس ، روسیة Rus (Urus), Rusiyet (Urusiyyet, Urusiyet, Urusyet, Rusyet), Ərəsey Russiya köhnə mənbələrdə روسیة (Rusiyet, Urusiyyet, Urusiyet, Urusyet, Rusyet), روس (Urus ,Rus)، Әрәсеј (Ərəsey)[72] kimi qeyd olunmuşdur
Sankt-Peterburq ﴾فتيلبورك ﴿فيتيلبورك ، فـتيلبورك Fitilbörk[73][74] XX əsrin əvvəllərinə kimi azərbaycanlılar arasında bu şəhərə Fitilbörk deyilirdi və eyni şəkildə "Molla Nəsrəddin" jurnalında,[75] Cəlil Məmmədquluzadə,[76] Üzeyir Hacıbəyov[77] və s. yazıçıların əsərlərində də görünür[78]
Saratov ساری طاغ Sarıdağ Sarı dağ sözündən[79][79][79][80][81]
Selenqa 𐰾𐰠𐰭𐰀 Seləngə çayı qədimi mənbələrdə Seləngə adı ilə qeyd olunur[82][83]
Taqanroq طيغان Tayğan
Tmutarakan تومان ترخان Tüməntərxan (Tümən-Tərxan)
Tolyatti Талјант Talyant yerli azərbaycanlıların dilində Talyant şəkilində tələffüz olunur
Verxneuralsk تال قلعه Talqala (Təlqala)
Volqa عديل ، آطل Edil, Atil
Yelets قره صو Qarasu (Qara su)
Yenisey 𐰚𐰢 Kəm[84]
İndiki adı Köhnə dildə qeyd olunmuş adı Transliterasiya Qeyd
Boxtar قورغان تپه Qurğantəpə 2018-ci ilə kimi tarixi adı Qurğan-Təpə olub, sonra farsca (tacikcə) ad verilib
İstərövşən اورا تپه Örətəpə 2001-ci ilə kimi tarixi adı Örə-Təpə olub, sonra farsca (tacikcə) ad verilib
Vahdət یݣی‌ بازار Yenibazar 1936-cı ilə kimi tarixi adı Yeni-Bazar olub, indiki adı farscadır (tacikcə)
İstiqlol تباشر Tabaşar (Dağaşar) şəhərin birinci adı türk mənşəli olub[85]

Türkiyədə yerləşən və Azərbaycan dilindəki şəhər adlarındakı fərq bir çox hallarda sadəcə əlifba fərqilə bağlıdır (məsələn: Ankara - Anqara, Tokat - Toxat və s.)

İndiki adı Köhnə dildə qeyd olunmuş adı Transliterasiya Qeyd
Alanya علائیه Əlaiyyə (Əlaiyə) Kalonoros adlı bu qala 1221-ci ildə səlcuq oğuzu sultanı I Əlaəddin Keyqubad tərəfindən fəth edildi və şəhərin adı onun şərəfinə Əlaiyə qoyuldu. 1933-cü ildə Mustafa Kamal Atatürkə gələn teleqraf məktubunda şəhərin adı səhvən Alanya yazılmışdı, Mustafa Kamal bu adı daha gözəl avropasayağı düşünərək 1935-ci ildə şəhəri ziyarət edəndə rəsmi olaraq dəyişdi. (Qafqazdakı tarixi Alaniya ilə heç bir əlaqəsi yoxdur)
Kayseri قیصری Qaysəri (Qeysəri)
Sinop سناب Sinab
Tokat توقات Toxat
Trabzon طرابزون Tırabızon (Tırabzon, Trabızon, Trabzon)
İndiki adı Köhnə dildə qeyd olunmuş adı Transliterasiya Qeyd
Azov dənizi آزاق دَݣِزی Azaq dənizi
Bessarabiya بوجاق Bucaq Bucaq Moldovanın cənubu və Ukraynanın Odessa vilayyətinin qərb hissəsindən ibarət tarixi bölgədir. Lazar Budaqovun lüğətində və 1876-cı ilin Турецкий собеседник kitabında Bessarabiya sözünün tərcüməsi kimi yazılıb
Feodosiya کفه Kəfə
Kiliya كيلى Kili Monqol-Tatar və daha sonra Osmanlı qalası
Kinburn قل بورن Qılburun
Kiyev کييف Kiyif
Krım قریم Qırım
Oçakov اوزی Özü
Odessa خواجه بک ، قوجه بک Xocabəy, Qocabəy
Perekop اور قپو Orqapı (Or qapı)
Priazovye کوچک نوغای Kiçik Noğay bir çox xəritələrdə
Xotın خوتین Xotun yazılışı Övliya Çələbi tərəfindən qeyd edilmiş[86] tələffüzü isə Antonio Çadırğı[87]
Zmeynıy adası ایلان آطاسی İlan adası
    • Çeh, Xırvat, Macar və s. bənzər adlardan sonra adətən "məmləkəti", "dövləti", "vilayəti" kimi sözlər əlavə olunurdu, indiki qaydaya görə bu sözlərə "±stan5" şəkilçisini əlavə etmək olar, amma daha köhnə mənbələrdə bu söz həm ölkə, həm millət, həm dil üçün işlənilirdi (əlavə şəkilçiyə və ya sözə ehtiyac olmadan)
    • Köhnə dildə bəzi sözlərin yazılışı və deyilişi fərqli idi, amma transliterasiyada sözlər müasir Azərbaycan dilinin qaydalarına uyğunlaşdırılmışdır, məsələn, "dəŋiz" yerinə "dəniz", söz əvvəli "Ğ" yerinə "Q", birinci hecada "I" yerinə "İ" və s. kimi yazılmışdır.
    • 1939-cu ildə Azərbaycan dili kirill əlifbasına keçid etdi və bu səbəblə Avropa ölkələrinin adlarının sonundakı "-ya" (köhnə latın əlifbasında "-ja") şəkilçisi "-ия" (-iya) olaraq dəyişdi: Romanya–Romaniya, Almanya–Almaniya, İtalya–İtaliya və s.
    • ی hərfi həm "İ" həm "Y" olduğuna görə Avropa ölkə adlarında latınca "-iya", "-ia", "-ya" fərqi bilinmir (İtaliya–İtalia–İtalya, Rusiya–Rusia–Rusya və s.)
  1. "Arxivlənmiş surət". 2024-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-04.
  2. Goldstein: Press 1 for English. The Dartmouth. Archived from the original on 2018-07-06 and can be viewed on 2018-05-22.
  3. Namenforschung / Name Studies / Les noms propres. 2. Halbband+Registerband. Walter de Gruyter. 1 Jan 1996. ISBN 978-3-11-020343-1 Archived from the original Arxivləşdirilib 2023-10-05 at the Wayback Machine on 2020-01-03.
  4. Карманная книга для русских воинов в турецких походах, Санкт-Петербург, 1854
  5. Белинский В. Г., Полное собрание сочинений 1845–1846
  6. Amirchanianz, A. Kitabi Müqəddəs (az.). Leypsiq. 1891. 1.
  7. https://www.jstor.org/stable/community.33004119?seq=6 Azərbaycan Qəzeti. 1918–1920. II Cild. 11 noyabr 1918-ci il, nömrǝ 36 (s.180) Londrada Balfur öz nitqində Britaniya müstəmləkatı miyanında laqəni saxlamaq barəsində demişdir ki: Biz işbu əlaqənin heç bir düşmən tərəfindən kəsilməsinə razı ola bilmərik.
  8. 1 2 "Azərbaycan" qəzeti, 5 may 1919-cu il, nömrǝ 172
  9. https://bitig.kz/index.php?lang=r&mod=1&word=Бешбалык&tid=22&oid=16&m=1 Bolčuda : süŋüšdümiz : qaγanïn : yabγusïn : šadïn : anta ölürtim : elin : anta altïm : otuz yašïma : Besbalïq : tapa : süledim : аltï yolï süŋüšdüm : ... süsin : qop : ölürtim : anta : ičreki ne : kišitin : ... k : yoq boltačï : erti : ...kiši... : uqγalï : kelti : basdïm : Besbalïq : anï üčün : ozdï : otuz artuqï :
  10. Bosworth, M.S.Asimov-History of Civilizations of Central Asia, Volume 4, Part 2, p.578
  11. "Arxivlənmiş surət". 2024-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
  12. Versteegh, Kees; Mushira Eid, Encyclopedia of Arabic Language and Linguistics, Vol. I, Leiden: Brill, 2005, 378 ff, ISBN 978-90-04-14473-6, 9 March 2017 tarixində arxivləşdirilib, İstifadə tarixi: 11 February 2016
  13. https://ia600407.us.archive.org/0/items/manchu-textbooks/vdoc.pub_a-comprehensive-manchu-english-dictionary.pdf argali: female of Darwin’s sheep; cf. uhulja
  14. These passages about Khān Bālq Arxivləşdirilib 2018-08-31 at the Wayback Machine taken from al-Masalik Arxivləşdirilib 2018-08-31 at the Wayback Machinewebsite, which itself is taken from The Rihla, a travelogue written by Ibn Battuta.
  15. The Medieval World Through Muslim Eyes Arxivləşdirilib 2024-09-03 at the Wayback Machine by Abdullah Ibrahim. Archived Version made in 26 Feb, 2020]
  16. ДРЕВНЕТЮРКСКИЙ СЛОВАРЬ, Ленинград, 1969
  17. https://bitig.kz/?lang=r&mod=1&tid=1&oid=15&m=1 Arxivləşdirilib 2022-06-30 at the Wayback Machine qop : etdim : ulamtї : aňїγ yoq : Türük : qaγan : Őtüken : yїš : olursar : elte : buŋ yoq : іlgerü : Šantuŋ : yazїqategi : süledim : Taluyqa : kičig : tegmedim : birgerü : Toquz : Ersenke : tegi : süledim : Tüpütke : kičig : tegmedim : qurїγaru : Jenčü ügüz :
  18. Sheila Hollihan-Elliot. Muslims in China. Mason Crest Publishers. 2006. səh. 55. ISBN 1-59084-880-2. For most of their history, the Uyghurs lived as tribes in a loosely affiliated nation on the northern Chinese border (sometimes called East Turkestan).
  19. William Samolin. East Turkistan to the Twelfth Century. The Hague: Mouton & Co. 1964. səh. 9. The general boundaries of East Turkistan are the Altai range on the northeast, Mongolia on the east, the Kansu corridor or the Su-lo-ho basin on the southeast, the K'un-lun system on the south, the Sarygol and Muztay-ata on the west, the main range of the T'ien-shan system on the north to the approximate longitude of Aqsu (80 deg. E), then generally northeast to the Altai system which the boundary joins in the vicinity of the Khrebët Nalinsk and Khrebët Sailjuginsk.
  20. Bazin, Louis; Hamilton, James (1991), “L’origine du nom Tibet”, in Ernst Steinkellner, editor, , pages 9–28.
  21. https://art.thewalters.org/detail/79840/map-of-the-island-of-corsica/ Arxivləşdirilib 2024-09-07 at the Wayback Machine Map of the Island of Corsica
  22. "Arxivlənmiş surət". 2024-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-07.
  23. Xavier de Planhol; Paul Claval. An Historical Geography of France (illustrated). Cambridge University Press. 1994. səh. 84. ISBN 9780521322089.
  24. https://nlevshits.com/dokument-centralnogo-ispolnitelnogo-komiteta-sssr-i-bjuro-nkvd-1936-goda-o-pereimenovanii-v-transkripciju-togo-vremeni-gruzinskih-gorodov/ Документ Центрального исполнительного комитета СССР и бюро НКВД 1936 года о переименовании в транскрипцию того времени грузинских городов
  25. Абастумани // Большая российская энциклопедия. 1 (65000 nüs.). М: Большая Российская энциклопедия. С. Л. Кравец. 2005. 10. ISBN 5-85270-329-X.
  26. 1 2 3 4 5 Qarapapaqlar və onların XIX əsr hərb tarixi. Müəllif, Hacıyev Fəxri Valeh oğlu. Nəşriyyat, Səda. Nəşr yeri, Bakı. Nəşr ili, 2005. ISBN, 586874-032-7.
  27. https://www.google.ru/books/edition/Генерал_Денисов/vfwCEQAAQBAJ?hl=ru&gbpv=1&dq=кемерли+Екатеринофельд&pg=RA2-PA1914-IA4&printsec=frontcover
  28. Дманиси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 488.
  29. Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 135.
  30. https://demokratikmusavat.com/az/article/24357 Arxivləşdirilib 2023-12-20 at the Wayback Machine Bolus-Bolnisi, Sarvan-Marnauli, Qarayazı-Qardabani, Başkeçid -Dmanisi, Barmaqsız-Tsalka, Ağbulaq-Tetriçkaro, Qaraçöp-Saqareco, Xəzəryurdu-Kaspi, Qara El -Kareli, Telav-Telavi, Səfiabad-Qori, Qaval-Laqodexi, Sığnaq-Siqnaxi, Bəytaxtı-Xaşuri, Tiflis-Tbilisi, Bostandərə-Rustavi Azərbaycan türklərinə məxsus olan adlar gürcü adları ilə əvəzlənib.
  31. https://xudaferin.eu/gurcustanda-soydaslarimizin-son-durumu.html Arxivləşdirilib 2023-12-20 at the Wayback Machine Gürcüstanda soydaşlarımız əsasən Tiflis, Marneuli (Sarvan), Bolnisi (Bolus), Qardabani (Qarayazı), Dmanisi (Başkeçid), Salka (Barmaqsız), Tetritskaro (Ağbulaq), Saqareco (Qaraçöp), Kaspi (Xəzəryurdu), Kareli (Qara El), Telavi, (Telav), Qori (Səfiabad), Aqara, Laqodexi (Qaval), Siqnaxi (Sığnaq), Kutaisi, Rustavi, Batum və Xaşuri (Bəytaxtı) kimi şəhərlərdə yaşayırlar.
  32. 1 2 https://www.jstor.org/stable/pdf/community.33004082.pdf?refreqid=fastly-default%3Aa9f389e963a7aab2bad03f525118baf6&ab_segments=0%2Fbasic_search_gsv2%2Fcontrol&origin=&initiator=search-results&acceptTC=1 Azərbaycan Qəzeti, 1918, 34-cü nömrə
  33. Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 232.
  34. Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 128.
  35. Zirvə İnformasiya Mərkəzi. "Barmaksız (Zalqa) rayonu" (az.). zim.az. 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-23.
  36. Ағбулаг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 216.
  37. Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 125.
  38. Zirvə İnformasiya Mərkəzi. "«Ağ-Bulaq» (Tetri-Sxaro) rayonu" (az.). zim.az. 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-23.
  39. Steven I. Wilkinson Votes and Violence: Electoral Competition and Ethnic Riots in India 2006 Page 23 "The BJP proposed in 1990 and 2001 that Ahmedabad be renamed "Karnavati." Hindu, June 1 1, 2001. Similar proposals have been made to restore Allahabad to "Prayag", as it had been known as before the Mughal era.
  40. Abishek, Kumar (17 October 2018). "From now on, Allahabad to be Prayagraj". India Today.
  41. "Hoshangabad is now Narmadapuram after Centre approves MP government's name-change proposal". DNA. 5 February 2022. 5 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 March 2022.
  42. "MP: Private Bill to rename Hoshangabad district passed". The Indian Express (ingilis). 6 March 2021. 6 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 March 2021.
  43. Abrahamian, Ervand (1982). Iran Between Two Revolutions. Princeton, New Jersey: Princeton University Press. pp. 123–163. ISBN 9780691053424. OCLC 7975938.
  44. Niknafs, Hojat, Tribes of Arasbaran and Qaradaghis in Iran (PDF), 2014, 2022-10-21 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2024-09-05
  45. 1 2 "Arxivlənmiş surət". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-05.
  46. https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-2/sulduz-SIM_7168 Arxivləşdirilib 2023-09-24 at the Wayback Machine Minorsky V. Sulduz (volume 9)
  47. Official website of Governor of Poldasht county :شهرستان پلدشت Arxivləşdirilib 2018-04-23 at the Wayback Machine
  48. "اسم قدیم و جدید شهرهای ایران". 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
  49. "Şahmərəsinin türkcə-farsca lüğətində Tikan adının mənasına bax, səhifə 442" (PDF). 2024-04-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-19.
  50. 1 2 Лазар Будагов, Сравнительный словарь турецко-татарских наречий, Том II, Санкт-Петербург, 1871
  51. https://ibn.idsi.md/sites/default/files/imag_file/81_90_Toponimia%20Bugeacului_aspecte%20si%20conexiuni%20interdisciplinare%20%28III%29.pdf Arxiv surəti 12 avqust 2024 tarixindən Wayback Machine saytında Anatol EREMIA Toponimia Bugeacului: aspecte și conexiuni interdisciplinare (III) Comrat, oraș în Găgăuzia (din num. trib. tăt. komrat / komürat);
  52. https://magazines.ulbsibiu.ro/arheologie/publicatii/bibliotheca/relatii%20interetnice%20in%20transilvania/6%20madgearu/articol1.htm Arxiv surəti 21 aprel 2009 tarixindən Wayback Machine saytında s-a putut demonstra că Brasso, devenit apoi Braşov, provine din termenul türcic Barasu, care înseamnă “apă albă”.
  53. https://www.google.ru/books/edition/Siebenbürgisches_Archiv/iCs9AAAAIAAJ?hl=ru&gbpv=1&bsq=Barasu+turc&dq=Barasu+turc&printsec=frontcover
  54. https://www.google.ru/books/edition/Scriptorum_veterum_nova_collectio_e_vati/hpAhAQAAMAAJ?hl=ru&gbpv=1&dq=Iergogi&pg=RA1-PA662&printsec=frontcover
  55. https://www.google.ru/books/edition/Collectanea_z_Dziejopisow_Tureckich_Rzec/9c5TAAAAcAAJ?hl=ru&gbpv=1&dq=Jergiogi&pg=PA94&printsec=frontcover Collectanea z Dziejopisow Tureckich Rzeczy Do Historyi Polskiey Sluzacych. (Collectaneen aus türkischen Geschichtschreibern zur Geschichte Polens)
  56. Tahir Sezen, Osmanlı yer adları, Ankara, 2017
  57. Rásonyi, László, "Bulaqs and Oguzs in Medieval Transylvania" (PDF), Acta Orientalia Academiae Scientiarum Hungaricae, Akadémiai Kiadó, 33, 1979: 135, 2022-11-23 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2024-09-13
  58. http://elib.shpl.ru/ru/nodes/20264-vyp-61-stavropolskaya-guberniya-po-svedeniyam-1873-goda-stavropol-1874#mode/inspect/page/13/zoom/6 Arxivləşdirilib 2016-04-05 at the Wayback Machine Св. Крестъ (по армянски Карабаглы)
  59. Энциклопедический словарь (rus). 32. Sankt-Peterburq: F. A. Brokgauz, I. A. Efron. 1895. 647.
  60. Исторические сочинения Дагестана на тюркских языках, Оразаев, 2003
  61. Г. М.-Р. Оразаев, Исторические сочинения Дагестана на тюркских языках, Махачкала, 2003
  62. А. В. Старчевский, Кавказский толмач, Санкт-Петербург, 1891
  63. https://www.google.ru/books/edition/Tarikhi_Derbend_name_s_9_i͡u_prilozhen/WoZ6OyfqPlMC?hl=ru&gbpv=1&dq=анджи&pg=PA43&printsec=frontcover Tarixi Dərbəndnamə (s.43)
  64. https://www.google.ru/books/edition/Derbend_Nâmeh/La09AAAAYAAJ?hl=ru&gbpv=1&dq=Дербенд-наме&printsec=frontcover
  65. https://www.google.ru/books/edition/Сборник_материалов_дл/eB7VAAAAMAAJ?hl=ru&gbpv=1&dq=анджи-кала&pg=RA7-PA10&printsec=frontcover
  66. https://www.google.ru/books/edition/Putevoditel_po_Kavkazu/70wEAAAAYAAJ?hl=ru&gbpv=1&dq=анджи-кала&pg=RA1-PA418&printsec=frontcover
  67. https://www.google.ru/books/edition/Putevoditel_po_Kavkazu/70wEAAAAYAAJ?hl=ru&gbpv=1&dq=анджи-кала&pg=RA1-PA418&printsec=frontcover
  68. https://www.google.ru/books/edition/Сборник_статистическ/2HxJAAAAYAAJ?hl=ru&gbpv=1&dq=анджи-кала&pg=RA3-PA4&printsec=frontcover
  69. https://www.google.ru/books/edition/Pamiatnaia_knizhka_Dagestanskoi_oblasti/MUoEAAAAYAAJ?hl=ru&gbpv=1&dq=анджи-кала&pg=PA159&printsec=frontcover
  70. https://www.google.ru/books/edition/Извѣстія_Кавказскаго/1wDxAAAAMAAJ?hl=ru&gbpv=1&bsq=анджи-кала&dq=анджи-кала&printsec=frontcover
  71. https://www.google.ru/books/edition/Сборник_статистическ/2HxJAAAAYAAJ?hl=ru&gbpv=1&dq=анджи+петровское&pg=RA3-PA4&printsec=frontcover
  72. http://web2.anl.az:81/read/page.php?bibid=203052&pno=41 Arxivləşdirilib 2024-09-02 at the Wayback Machine Dirilən adam, Mir Cəlal «Balşavet köpək uşağı... Bura da sizə Ərəsey-zad deyil ha, onu bilin!»
  73. https://mnjurnal.az/az.php?go=190612pdf Arxivləşdirilib 2024-05-02 at the Wayback Machine Molla Nəsrəddin (orijinal nüsxə), Tiflis, 1906, № 12 (s.7 فـتيلبورك)
  74. https://mnjurnal.az/az.php?go=191419pdf Arxivləşdirilib 2024-09-01 at the Wayback Machine Molla Nəsrəddin (orijinal nüsxə), Tiflis, 1914, № 19 (s.6 فيتيلبورك)
  75. http://calilbook.musigi-dunya.az/p/peterburg.html Arxivləşdirilib 2019-10-31 at the Wayback Machine Peterburq, Sankt-Peterburq… İstər "Molla Nəsrəddin" jurnalında çap edilmiş satirik teleqramlar içərisində, istərsə də yazıçının ayrı-ayrı personajlarının nitqində P. adına (bəzi mənbələrdə "Fitilbörk" şəklində) tez-tez təsadüf olunur.
  76. http://www.azerbaycandili.az/Synopsis/Download/3364/QULİYEVA%20ZÜLFİYYƏ%20BORİS%20QIZI.pdf Arxivləşdirilib 2019-08-19 at the Wayback Machine Ümumiyyətlə, C. Məmmədquluzadənin bədii əsərlərində və felyetonlarında rus və Avropa mənşəli toponimlər üslubi cəhətdən müxtəlif variantlarda verilmişdir. Məsələn, Rusiya/ Ruset/ Rusiyyə; Moskva /Moskov/Məskov ; Peterburq/Petroqrad/Fitilbörk; Firəngistan/Frəngistan/Fransa və s.
  77. http://anl.az/el/h/h001/h001004/mm002.htm Arxivləşdirilib 2019-06-05 at the Wayback Machine Ax gözəl Fitilbörk. Ey yerin behişti. Qurtar bizi bu cəhənnəmdən.
  78. http://teref.az/arasdirma/73495-baki-milyonchusunun-rus-imperatoru-nikolayla-maraqli-serguzeshti-tarx.html Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine … Əlim hər yerdən üzüldü, başladım Fitilbörk küçələrində hərlənməyə.
  79. 1 2 3 Булычев М. В., Максимов Е. К.: Четыре века: сборник статей, посвящённый 400-летию Саратова, 1991
  80. Географические названия мира: Топонимический словарь. — М: АСТ. Поспелов Е. М. 2001.
  81. Словарь современных географических названий. — Екатеринбург: У-Фактория. Под общей редакцией акад. В. М. Котлякова. 2006.
  82. Древнетюркский словарь, Ленинград, 1969 г. (стр. 465) "Seläŋä. Река Селенга"
  83. https://books.googleusercontent.com/books/content?req=AKW5QacLhSq3J5YJELrRrxRZ1iSBNVQe5Hoi958weNVAggP2EfP6kd7iRiTR6PTvsX3utQ70st0f0RmGFXqj0XUu1jYpOIaZvac3jDA-pc4AILYfzHtwwBnVWfnlIJygxtTZ8Yu4tloKj0xgqC6iAMB6oXajh-oDNKvnd2iUhp-0HHn3vGk_w_11IPoiv0Tc3c-HdEhRQv69NqCndHmZVIm9tKfEIsPdQr1C1slewXFoffyK0jk0jAgzpPoHHv9xx8SC1fzCW8by3g9v2iuzLFv2-jPMHLHdZ30NZhNqk8NkPb7Bl44F210 Опытъ словаря тюркскихъ нарѣчий (s.478)
  84. В. В. Радлов, Опыт словаря тюркских наречий, том второй, Санкт-Петербург, 1899 (s. 1202)
  85. "В Согде переименованы несколько поселков, селений и джамоатов". Новости Таджикистана-ИА «Азия-Плюс». 2013-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-20.
  86. https://archive.org/details/evliyaelebisey05evliuoft/page/264/mode/2up
  87. Dizionario Italiano e Turco, Milano, 1834
  • Mahmud Kaşğari, Divanü Lüğat-it-Türk, Bağdad, XI əsr
  • Alexandre Handjéri, Dictionnaire Français — Arabe — Persan et Turc, Tome Premier, Moscou, 1840
  • Alexandre Timoni, Fransızca və Türkcə təkəllüm risaləsi, Paris, 1854
  • Mayor İosif Silosani, Mükalimət cədidə, Tiflis, 1856
  • Л. М. Лазарев, Турецко-татарско-русский словарь наречий османского, крымского и кавказского с приложением краткой грамматики, Москва, 1864
  • Лазар Будагов, Сравнительный словарь турецко-татарских наречий, Том I, Санкт-Петербург, 1869
  • Лазар Будагов, Сравнительный словарь турецко-татарских наречий, Том II, Санкт-Петербург, 1871
  • Firəngistan məktubları, Monla Abbas, Bağçasaray, 1891
  • A. Amirchanianz, Kitabi Müqəddəs yəni əhdi ətiq, 1891
  • В. В. Радлов, Опыт словаря тюркских наречий, том первый, Санкт-Петербург, 1893
  • В. В. Радлов, Опыт словаря тюркских наречий, том второй, Санкт-Петербург, 1899
  • Mirzə Yahya bəy Haqverdi, Mükalimələr ərəbi, farsi, türki və rus, Sankt-Peterburq, 1900
  • Coğrafiyayi-töhfeyi nəsuhiyyə; Nəsuh Həsən; tərc. ed. Axund Hacı Məhəmməd Həsən Mövlazadə; Bakı, 1904
  • Abbasqulu Xan Sərtib, Rus, Fars, Türk lüğəti, mükaliməsi və əlifbası, Tehran, 1908
  • Sultan Məcid Qənizadə, Lüğət Rusi və Türki, Bakı, 1909
  • Q. R. Mirzəzadə, Ümumi coğrafiya, Bakı, 1916
  • Əli Ağa Şıxlinski, Ruscadan Türkcəyə qısa döyüş sözlüyü, Bakı, 1926
  • Coğrafiya; çev. Əsədulla Əbdürrəhimzadə, red. Sami Kamal, Bakı, 1928
  • Coğrafiya; çev. Əsədulla Əbdürrəhimzadə, Bakı, 1929
  • Coğrafiya, Avropa; çev. S. Məlikov, Bakı, 1929
  • Romanya (Rumıniya); Badulesku A., Bakı, 1930
  • Bütün dünya dövlətləri; Bakı, 1930
  • Kapitalist ölkələrinin coğrafiyası; Bakı, 1933
  • Г. М.-Р. Оразаев, Исторические сочинения Дагестана на тюркских языках, Махачкала, 2003