Azad Azərbaycan (qəzet, 1992)

"Azərbaycan" qəzeti — rəsmi dövlət qəzeti, Azərbaycan Respublikası Milli Məclisinin mətbuat orqanı.

Azərbaycan
Loqonun şəkli
Qəzetin 23.09.1992 tarixli bərpa sayı
Qəzetin 23.09.1992 tarixli bərpa sayı
Format Berliner
Sahibi Azərbaycan Respublikasının Milli Məclisi
Baş redaktor
Yaranma tarixi 23 sentyabr 1992
Dil Azərbaycan dili
Baş ofis
Ölkə
azerbaijan-news.az/az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycanda mətbuat işləri yeni mərhələyə daxil oldu. "Kommunist" (1991-ci ildən "Xalq qəzeti") qəzeti sovet dövründə Azərbaycanın əsas rəsmi mətbu nəşri idi. Qəzet Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin orqanı idi. 1990-cı ildə Ali Sovet və Nazirlər Sovetinin hər biri özünə yeni qəzet yaratdı. Nazirlər Sovetinin qəzeti "Respublika" adlandırıldı. Ali Sovet (daha sonra Milli Məclis) isə "Azərbaycan" qəzetinə varislik etmək, yəni buraxacağı qəzetin adını "Azərbaycan" qoymaq istəyirdi. Lakin həmin dövrdə Qarabağa Xalq Yardımı Komitəsi "Azərbaycan" adında qəzet buraxırdı. Qanununa görə isə eyni adda iki qəzet nəşr etmək olmazdı. "Azərbaycan" öz adını Ali Sovetə güzəştə getmədi.[1]

Buna görə də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 noyabr 1990-cı il qərarı ilə təsis olunan qəzetə "Həyat" adı verildi.[2] "Həyat"ın çapına 1991-ci ildən başlandı. Ona həm də "rəsmi qəzet" statusu verildi. Yazıçı-dramaturq Əfqan Əsgərov qəzetin baş redaktoru oldu.

1992-ci ildə Azərbaycan Respublikasının Mətbuat Komitəsinin sədri, daha sonra Mətbuat və İnformasiya naziri olan Sabir Rüstəmxanlının təşəbbüsü, Ali Sovetin sədri İsa Qəmbər, Prezident Əbülfəz Elçibəy, Dövlət katibi Pənah Hüseyn və dövlət müşaviri Arif Hacılının razılığı ilə sənədlər imzalandı və Ali Sovetdə "Azərbaycan qəzeti ilə "Həyat" qəzeti birləşdirilməsi" müraciəti müzakirə edilərək yekdilliklə qəbul edildi.[3]

23 sentyabr 1992-ci il tarixli nömrəsi ilə "Azərbaycan" qəzeti parlamentin mətbu orqanı olaraq çıxmağa başladı.[1]

  1. 1 2 Nərimanoğlu, Bəkir. ""Azərbaycan"ın həyatı". Novator.az. 2019-09-20. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-05.
  2. Bəxtiyar Sadıqov. "İki "AZƏRBAYCAN" arasındakı körpü". azerbaijan-news.az (az.). 2018-09-11. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
  3. Nərimanoğlu, Bəkir. ""Azərbaycan"ın dönüşü". Novator.az. 2019-10-04. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]