Azərbaycan Ordusu (qəzet)

Azərbaycan Ordusu (qəzet)Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi "Xalq Ordusu" adlanan qəzetin birinci nömrəsi 1992-ci ilin fevral ayının 11-də çap olunmağa başlayıb.Bu tarix Azərbaycanın hərbi jurnalistləri üçün yaddaqalan bir gündür və bunu dövlətimizin ordu quruculuğunun önəmli səhifələrdən biri hesab etmək olar. İlk hərbi qəzetin ərsəyə gəlməsi, o zaman Azərbaycanın ictimai həyatında mühüm bir hadisəyə çevrilərək vətənpərvər insanların böyük marağına səbəb oldu. Azərbaycan üçün həmin o ağır günlərdə hər şeydən öncə "Azərbaycan Ordusu" qəzeti getdikcə genişlənən Qarabağ müharibəsini, o cümlədən cəbhədə baş verən hadisələri operativ işıqlandırmağa və düşmənə qarşı mübarizəsi aparan Vətən oğullarının döyüş ruhunu yüksəldən zabitlərinin yardımçı olmağa çalışırdı və buna da nail olmuşdur.

Azərbaycan Ordusu
Növ hərbi qəzet
Format A 3
Sahibi Azərbaycan Müdafiə Nazirliyi
Yazıçılar

kapitan Orxan Hüseynli, kapitan Günay Tağıyeva, baş leytenant Fuad Cəfərov, baş leytenant Mahmud Möhbalıyev, baş leytenant Oruc Mustafayev, baş leytenant İbrahim Məmmədbəyov, leytenant Elvin Vətəndust, Əməkdar jurnalist Rəşid Hüseynov, Lalə Hüseynova, Vahid Məhərrəmov, Bəxtiyar Əliyev, Mübariz Musayev,

Hüsniyyə İdrisova.
Yaranma tarixi 1992
Siyasi mənsubiyyət müstəqil
Dil azərbaycanca
Səhifə 8
Ünvan Bakı şəh. Akademik Şəfaət Mehdiyeva küç. 144,"Qızıl Şərq" hərbi şəhərciyi
Ölkə
Azərbaycan Ordusu qəzeti

"Azərbaycan Ordusu" qəzeti ilk günlərdən müasir dövrə kimi ordunun möhkəmlənməsinə xidmət edərək, onun uğurlarının carçısına çevrilib. Qəzetin mövcud olduğu illərdə ordunun həyatında baş vermiş əksər hadisələr, o cümlədən Silahlı Qüvvələrin daha da inkişaf etdirilməsi, müasir silah və texnika ilə təmin edilərək döyüş qabiliyyətinin yüksəldilməsi və şəxsi heyətin bilik və bacarıqlarının artırılması məqsədilə Azərbaycan Respublikası PrezidentiSilahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı, eyni zamanda Müdafiə Nazirliyinin rəhbərliyinin fəaliyyəti qəzetin səhifələrində öz əksini tapmışdır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]