1. Qapalı olmayan, örtülü olmayan. Açıq pəncərə. Açıq qutu. Açıq kitab.
// Qıfılsız, bağlı olmayan. Açıq şkaf. Açıq qapı.
2. Örtüksüz, üstü örtülü olmayan, damı olmayan. Açıq səhnə. Açıq avtomobil. Açıq kinoteatr. Açıq balkon.
□ Açıq havada – qapalı bina xaricində.
3. Heç bir tərəfdən məhdud olmayan, geniş, vüsətli. Açıq səhra. Açıq dəniz. Açıq tarla.
// Hasarı, hüdudu olmayan. Açıq həyət. Açıq meydan.
4. Sərbəst, maneəsiz, heç bir şeylə məhdud olmayan. Açıq yol. Açıq satış. Açıq müzayidə.
// Zərf mənasında.
5. Buludsuz, aydın, təmiz, tutqun olmayan. Açıq hava.
6. is. Açıqlıq, boşluq, meydan. Şəhərin ortasındakı açıqda bağ salınmışdır.
7. Rəngi tünd, tutqun olmayan, zəif. Açıq çay. Açıq məhlul. Açıq paltar. Açıq rəng. Açıq ton.
8. Sahibsiz, boş, heç kəs tərəfindən tutulmamış (vəzifə, yer). İdarəmizdə üç açıq yer var.
□ Açıq qalmaq – boş qalmaq, tutulmamaq.
9. Müdafiəsiz, hücuma məruz qala bilən. Cəbhənin açıq yerlərinə qüvvə göndərmək.
// Müdafiə edilməyən, möhkəmləndirilməyən, istehkamsız, qeyri-hərbi. Açıq liman. Açıq şəhər.
10. Çılpaq, üryan, örtüsüz. Açıq baş. Açıq döş. Açıq qol.
11. Hamı üçün sərbəst olan, gizli olmayan. Açıq iclas.
12. Səmimiyyət ifadə edən, səmimi. Açıq adam. Açıq söhbət. Açıq ürək.
// Zərf mənasında. Heç bir şeyi gizlətmədən, heç bir şeydən çəkinmədən.
□ Açıq adam – gülərüzlü, safqəlbli.
Açıq olmaq – səmimi olmaq, fikrini gizlətməmək.
Açıq ürəklə – səmimiyyətlə, sədaqətlə.
Arası açıq olmaq – yaxın olmaq, aralarında rəsmi münasibət olmamaq. Onunla aramız açıqdır.
13. Aşkar, bəlli, aydın, heç bir şeylə gizlədilə bilməyən; şübhəsiz. Açıq düşmənçilik. Açıq ədavət. Açıq mübarizə. Açıq yalan.
14. məc. Aydın anlaşılan, məntiqli. Açıq fikir. Açıq ifadə. Açıq sübut.
// Qabaqcıl, mütərəqqi.
◊ Açıq əl məc. – səxavət, comərdlik. Açıq gözlə baxmaq (etmək, getmək və b.k.) – məqsədi, vəzifəni başa düşərək, aydın anlayaraq; şüurlu surətdə.
Açıq qapı – qonaqpərəstlik, mehmannəvazlıq, müsafirpərəstlik mənasında.
Açıq qapı günü – ali məktəbə, işə girmək istəyənlərin məktəb və sənaye müəssisəsi ilə tanış olmaları üçün ayrılan gün.
Açıq məktub – 1) poçt kartoçkası;
2) birisinə xitabən qəzet və ya məcmuədə dərc edilən məktub və s.
Açıq seçki – açıq səsvermə üsulu ilə keçirilən seçki.
Açıq səsvermə – gizli olmayıb, adətən əl qaldırmaqla səsvermə üsulu.
Açıq sifət – qəmgin olmayan, şad mənasında.
Açıq tamaşa – hər kəsin gələ biləcəyi tamaşa; biletsiz, müftə tamaşa.
Açıq yara – hələ sağalmamış yara.