Avropa (qəzet)

Avropa — Həftəlik ictimai-siyasi qəzet. 2000-ci il fevral ayının 5-də yaradılıb (2003-cü ilin sonlarından çap olunmur). Təsisçi və baş redaktor: Fəxri Uğurlu.

Avropa
Növ Həftəlik ictimai-siyasi qəzet
Təsisçi Fəxri Uğurlu
Baş redaktor Fəxri Uğurlu
Redaktor
Yaranma tarixi 5 fevral 2000-ci il
Dil Azərbaycan dili
Ünvan Bakı ş.

Haqqında[redaktə | mənbəni redaktə et]

”Avropa” qəzeti 2000-ci il fevral ayının 5-də yaradılan və 2003-cü ilin sonlarınadək çap olunan “Avropa” media bazarının sözü kəsərli qəzetlərindən idi. Həftəlik nəşr olunmasına baxmayaraq ciddi oxucu auditoriyası onun hər sayını maraqla qarşılayırdı. Fəxri Uğurlunun rəhbərlik etdiyi “Avropa” maliyyə probleminin qurbanı oldu.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanda nəşri dayanmış maraqlı və populyar qəzetlər" (az.). musavat.com. 22.07.2014. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-18.