Həqiqət (qəzet, 1909-1910)

Həqiqət (az.-əski. حقيقت‎) — gündəlik ictimai-siyasi və ədəbi qəzet.

Həqiqət
az.-əski. حقيقت
Sahibi Oruc Orucov
Nəşriyyat Orucov Qardaşları Mətbəə Nəşriyyatı
Baş redaktor
Yaranma tarixi 1909
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 1910
Baş ofis
Ölkə

1909-1910-cu illərdə Bakıda Orucov qardaşlarının mətbəəsində nəşr edilirdi. 156 sayı çıxmışdır. Naşiri və baş redaktoru Üzeyir bəy Hacıbəyov idi; 121-ci sayından sonra redaktoru O. Orucov olmuşdur. Üzeyir bəy Hacıbəyovun "Bəyani-məslək" ünvanlı baş məqaləsi ilə nəşrə başlayan "Həqiqət"də onun onlarca dəyərli publisist məqaləsi ("Halımıza dair", "Qədrşunaslıq", "Hər işi öz əhlinə tapşırmalı", "Dil" və s), çoxlu duzluməzəli felyetonu ("Purişkeviç və Hacı Xudu" və s), 2 açıq məktubu, neçə-neçə səhnəciyi dərc olunmuşdur. Üzeyir bəy Hacıbəyovun 1910-cu il mayın 30-da rus dilində çıxan "Kaspi", "Baku" qəzetlərində dərc edilmiş məktubunda onun daha "Həqiqət" qəzetində işləmədiyi və həmin qəzetlə heç bir əlaqəsi olmadığı bildirilirdi.