Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Polis — 1933-cü ildən etibarən çap olunan həftəlik qəzet.[1]
Polis | |
---|---|
Növ | həftəlik qəzet |
Sahibi | Daxili İşlər Nazirliyi |
Yaranma tarixi | 1933 ) |
Dil | Azərbaycanca |
Qiymət | 40 qəpik |
Şəhər | Bakı |
Ölkə | Azərbaycan |
Tiraj | 8 min |
Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə "Mübariz keşikdə" adı ilə təsis edilib.
"Mübariz keşikdə" qəzeti və 1993-dən çap edilən Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzeti 2021-ci ilin yanvarın 7-dən "Polis" adı altında birləşdirilib. "Polis" qəzeti "Mübariz keşikdə" qəzetinin varisi hesab edilmişdir.[2]
DİN-in orqanı "Mübariz keşikdə" qəzeti cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın və ictimai təhlükəsizliyin, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası daxili işlər orqanlarının fəaliyyətini ictimaiyyətə çatdırır, nöqsan və çatışmazlıqlarla bağlı materiallar verir. Bundan əlavə, DİO əməkdaşlarının təcrübəsini yayır, əməkdaşların yaradıcılıq imkanlarından istifadə etməklə daxili işlər orqanlarının və Daxili Qoşunların fəaliyyəti barədə respublika əhalisində dolğun və obyektiv təsəvvür, sağlam ictimai rəy formalaşdırır, daxili işlər orqanlarının fəaliyyətinə dair kütləvi informasiya vasitələri ilə yayımlanan həqiqətə uyğun olmayan məlumatları müəyyən edilmiş qaydada təkzib edir. Abunə yolu ilə yayılır.