Qızıl Qusar (qəzet)

"Qusar" (ləzg. КцIар) - 1932-ci ildə Hil rayon partiya təşkilatı və rayon fəhlə, kəndli və əsgər deputatları soveti icraiyyə komitəsinin orqanı kimi "Sosyalizm tempi" adı ilə ləzgi dilində nəşrə başlamışdır. Daha sonra "Qızıl Qusar" adlanıbdır.

Qusar
Format A2X4
Təsisçi Qusar rayon icra hakimiyyəti başçısının aparatı və redaksiyanın kollektivi
Baş redaktor Vidadi Sevzixanov
Yaranma tarixi 1932
Dil azərbaycan, ləzgi
Ünvan Qusar şəhəri, Fəxrəddin Musayev küçəsi 41
Tiraj 1250

İlk redaktoru Nurəddin Şərifov idi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qəzet "Qusar" adlanmışdır və səhifələrndə rayonda, ölkədə və dünyada baş verən yeniliklər barədə məlumatlar verilir.

Qəzetin veb-saytında yazılır ki, ""Qusar" respublikanın rayon qəzetləri sırasında birinci olaraq yeni-kompüterdə hazırlanma və ofset çap üsuluna keçmiş, tərtibatını təkmilləşdirmiş, öz kompüter mərkəzini yaratmışdır. Məhz buna görə ən çətin anlarda belə fəaliyyətini davam etdirmiş, kiçik bir kollektivin zəhməti ilə oxuculara fasiləsiz olaraq maraqlı saylar təqdim edilmişdir. Kollektivin və onun baş redaktorunun xidmətləri 2000-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin diplomlarına layiq görülmüşdür. Ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə 1977-ci ildən bu qəzetdə çalışan, indi onun redaktoru olan Vidadi Sevzixanova 2010-cu ildə "Əməkdar jurnalist" fəxri adı verilmişdir.

Bölgədə mətbəənin yoxluğu ucbatından Bakıda 1250 nüsxəlik tirajla ayda iki dəfə, iri formatda, rəngli çap olunan qəzet yeniləşməklə bərabər özünəməxsus ənənələri davam etdirir, iki dildə - azərbaycanca və ləzgicə materiallar verir.