Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 7 gün əvvəl Eminn (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
İdrak və proqnozlar qəzeti olan "Qoroskop" qəzeti 1999-cu ildən fəaliyyət göstərir. Baş redaktoru astroloq Səbuhi Rəhimlidir. Qəzet ayda iki dəfə nəşr olunur.
Zaman-zaman insanlar öz gələcəklərini bilməyə, onları gözləyən təhlükələrdən xəbərdar olmağa çalışıblar. Bu istiqamətdə onların xidmətində duran və təəssüf ki, hələ çoxları tərəfindən elm kimi qəbul edilməyən astrologiya olub. İndi də bu ənənə davam edir. Müxtəlif kitabların yazılması, astroloji mərkəzlərin, təhsil ocaqlarının artması bu elmə marağın daha da artmasından xəbər verir.
Sakini olduğumuz Azərbaycanda da ulduz elminə maraq həmişə böyük olub. Tarix səhifələrində dünyaca məşhur olan münəccimlərimiz, ulduzşünaslarımız olub. Mənəviyyat qəsbkarı olan sovet dönəmində – allahsızlıq təbliğ edilən əyyamda bir çox milli irsimiz kimi astrologiya da qadağan olundu. O dövrdə insanlarımızı zombiləşdirməyə çalışsalar da əməyini, mənəviyyatını, sərbəst baxışlarını istismar etsələr də, xalqımızın genində özünə yer tapan bu bilgilər tamamilə məhv olmadı. Azərbaycan ikinci dəfə müstəqillik dövrünə yetişəndə qadağa qoyulmuş bəzi elmlər kimi astrologiya da öz inkişaf mərhələsinə qədəm qoymağa başladı. Bu istiqamətdə mərhum parapsixoloq, Azərbaycan Xalq Biliciləri və Ekstrasensləri İttifaqının prezidenti Etibar Elkinin əməyi çox böyük oldu. Onun sayəsində fitri istedadlar – xalq təbabəti biliciləri, şəfakarlar və öncəgörənlərlə birlikdə ulduz elminə maraq göstərənlər də bir araya gəldilər. Astrologiyanın təbliğində böyük rol oynayan "Amin", "Alın yazısı", "Qoroskop" və "Bürclər" kimi qəzetlər nəşrə başladı (Təəssüf ki, əvvəlki iki qəzet daha çıxmır). Bundan başqa televiziyalarda bu elmlə bağlı dəyərli verilişlər, canlı söhbətlər efirə getdi. İndi demək olar ki, hər bir məktəbli hansı bürcə malik olduğunu, hər bürcün ümumi xarakterik cizgilərini asanlıqla söyləyə bilər. Lakin bu, çox azdır. Çünki indi Azərbaycanda 10-a yaxın sanballı münəccim var ki, onların bir araya gəlməsi hələlik problemlidir. Kollektiv şəkildə ölkəmiz üçün çalışmağın, astrologiya mərkəzləri, məsləhətxanaları yaratmağın vaxtı isə çoxdan çatıb. Tibb məktəblərində tibbi astrologiya fənninin tədrisi də ildən-ilə yubadılır. Bütün bunlara baxmayaraq hələ gənc olan dövlətimizdə ulduzşünaslıq elmi inkişaf etməkdədir. Artıq neçə illərdir ki, öz münəccimlərimiz tərəfindən hazırlanan kitablar satışa buraxılıb və çox böyük uğur qazanıb.
eysar.azeriblog.com