İbrahim Əliyev (dövlət xadimi)

İbrahim Mahmud oğlu Əliyev (1890, Petrovsk-Port, Dağıstan vilayəti6 iyul 1937, Mahaçqala) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi. Azərbaycan və Dağıstanda fəaliyyət göstərmiş, Dağıstan MSSR Ali Məhkəməsinin ilk sədri olmuş, xalq maliyyə komissarı, xalq ədliyyə komissarı, Dağıstan Vilayət Partiya Komitəsinin məsul katibi vəzifələrində işləmişdir. Repressiya qurbanıdır.

İbrahim Əliyev
bayraq
Dağıstan MSSR Ali Məhkəməsinin sədri
bayraq2
1934 – 1937
1923 – 1925
bayraq
Dağıstan MSSR xalq maliyyə komissarı
bayraq2
7 yanvar 1928 – 15 iyul 1928
ƏvvəlkiKərim Məmmədbəyov
SonrakıBaqautdin Astemirov
bayraq
Dağıstan MSSR xalq ədliyyə komissarı
bayraq2
1925 – 1928
1921 – 1922
bayraq
Dağıstan MSSR prokuroru
bayraq2
1925 – 1928
bayraq
RKP(b) Dağıstan Vilayət Komitəsinin məsul katibi
bayraq2
1922 – 1922
ƏvvəlkiGeorgi Poleşko
SonrakıAleksey Perimov
bayraq
Gəncə Quberniya İnqilab Komitəsinin sədri
bayraq2
1920 – 1920
Şəxsi məlumatlar
Doğum tarixi 1890
Doğum yeri
Vəfat tarixi 6 iyul 1937(1937-07-06)
Vəfat yeri
Partiya

İbrahim Mahmud oğlu Əliyev 1890-cı ildə Dağıstan vilayətinin Port-Petrovsk (hazırkı Mahaçqala) şəhərində meşşan ailəsində anadan olmuşdur. İbtidai təhsilini şəhər məktəbində almış, burada bolşeviklərin tapşırığı ilə məktəblilər arasında qeyri-qanuni ədəbiyyat yaymışdır.[1]

İbrahim Əliyev əmək fəaliyyətinə 1906-cı ildə Port-Petrovsk şəhərindəki tütün fabrikində sobaçı kimi başlamış, burada təbliğat-təşviqat işləri aparmışdır. Polis nəzarətinə alındıqdan sonra Moskvaya getmiş, Moskva İmperator Universitetinin (hazırkı Moskva Dövlət Universiteti) Hüquq fakültəsində təhsil almışdır. Fevral inqilabınadək burada yaşayaraq tələbə marksist qrupunun işində fəal iştirak etmiş, inqilab günlərində 4-cü Presnya nahiyəsinin, sonra Xodınka rayonunun cinayət işləri üzrə komissarının köməkçisi təyin olunmuşdur. Qısa müddət sonra Port-Petrovska qayıdaraq fəhlə deputatları şurasında işləmiş, hüquq bölməsinə başçılıq etmişdir.[1]

Oktyabr inqilabı ərəfəsində "Petrovskaya jizn", "Volnı Dagestan" və "Dagestanski trujenik" qəzetləririn redaktoru işləyən İbrahim Əliyev 1917-ci ilin payızında İmam Qotsinski dəstələrinin təzyiqi nəticəsində Aşqabada getmişdir. Həmin ilin oktyabında bolşeviklər partiyası üzvlüyünə qəbul edilmiş, qısa müddət sonra isə "Hümmət" təşkilatının Aşqabad komitəsi sədrinin müavini olmuş və Aşqabad Sovetinin deputatı seçilmişdir.[1]

1919-cu ilin iyun ayında gizli şəkildə Bakıya gələn İbrahim Əliyev burada Əliheydər QarayevMirzə Davud Hüseynovun tanış olmuş və onların yardımı ilə Gəncədə əmək müfəttişi işinə girmişdir. Qısa müddət sonra ona Gəncə partiya təşkilatına başçılıq etmək tapşırılmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra İbrahim Əliyev Gəncə Quberniya İnqilab Komitəsinin sədri, 1920-ci ilin dekabr ayında isə Gəncə Fövqəladə Komissiyası sədrinin müavini təyin olunmuşdur.[1][2]

İbrahim Əliyev 1921-ci ildə Dağıstana göndərilmiş və burada bir sıra məsul vəzifələrdə çalışmışdır. 1921-ci ildən o, Dağıstan MSSR xalq ədliyyə komissarı, daha sonra RKP(b) Dağıstan Vilayət Komitəsinin məsul katibi vəzifəsində işləmiş, 1923–1925-ci illərdə Dağıstan MSSR Ali Məhkəməsinin ilk sədri olmuşdur. 1925–1928-ci illərdə o, yenidən xalq ədliyyə komissarı və Dağıstan MSSR prokuroru olmuş, 1928-ci ildə xalq maliyyə komissarı vəzifəsinə təyin edilmişdir. 1929-cu ildə "Dağıstanın planlı təsərrüfatı" (rus. Плановое хозяйство Дагестана) jurnalının redaktoru olmuş, 1931–1932-ci illərdə Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsi üzrə Dağıstanın sədri, 1932–1934-cü illərdə Elmi-Tədqiqat Milli Mədəniyyət İnstitutunun direktoru, 1934–1937-ci illərdə isə yenidən Dağıstan MSSR Ali Məhkəməsinin sədri vəzifəsində çalışmışdır.[3]

İbrahim Əliyev dəfələrlə partiya konfransları və qurultaylarının nümayəndəsi, AK(b)P Mərkəzi Komitəsinin üzvü seçilmişdir.[1]

1937-ci ilin iyun–iyul aylarında SSRİ Xalq Komissarları Soveti yanında Sovet Nəzarəti Komissiyası komissarının müavini Şalitanın sədrliyi ilə Dağıstan MSSR hüquq-mühafizə orqanlarının fəaliyyəti yoxlanılmış və hələ komissiyanın işi bitməmiş, 1937-ci il iyulun 5-də Dağıstan Vilayət Partiya Komitəsi bürosunun iclasında "Dağıstan SSR prokurorluğunun, Xalq Ədliyyə Komissarlığının və məhkəmə orqanlarının işinin vəziyyəti haqqında" başlıqlı qərar qəbul edilmişdir. İbrahim Əliyev "burjua millətçisi" kimi partiyadan xaric edilərək işdən çıxarılmış və o, ertəsi gün, yəni iyulun 6-da səhər saatlarında intihar etmişdir. Dağıstan Vilayət Partiya Komitəsi bürosunun 30 mart 1956-cı il tarixli qərarı ilə ölümündən sonra ona bəraət verilmişdir.[3]

  1. 1 2 3 4 5 И. М. Әлиев // Азәрбайҹанда Совет һакимиййәти уғрунда фәал мүбаризләр. Бакы: Азәрбайҹан Дөвләт Нәшрийяаты. 1958. səh. 410–411.
  2. Әлијев Ибраһим Маһмуд оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 173.
  3. 1 2 Люди и судьбы: заявления и письма репрессированных в 30-е годы (rus). Махачкала: ИПЦ ДГУ. 1996. səh. 54. ISBN 5-7788-0158-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]