Bu məqalə Qazax şəhəri haqqındadır. Digər mənalar üçün Qazax (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Qazax — Azərbaycanda şəhər, Azərbaycan Respublikasının Qazax rayonunun inzibati mərkəzi.
Şəhər | |
Qazax | |
---|---|
41°05′36″ şm. e. 45°21′58″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1909 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 381 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 3500 |
Vikianbarda əlaqəli mediafayllar |
Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi əl-Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118–1120-ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi üçün Şərqi Gürcüstan XI–XIII əsr gürcü mənbələrində Didi Türkoba (Böyük Türk obası) adlanırdı. Görünür, həmin türkdilli qıpçaqların əksəriyyəti qazaxlar olmuşlar. Bunu Azərbaycanın şimalında və Gürcüstan, Ermənistan ərazilərində yayılmış qazax etnik birliyinə aid etnotoponimlər də sübut edir.
XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi.
Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir
Osmanlı sultanı III Əhmədin (1703–1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir.
Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etdi. Lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiya çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi. Bununla III feodal sülaləsinin hakimiyyəti başladı.
1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi. 1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrildi. 1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri əhatə edirdi. 1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur. 1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. 1959-cu il dekabrın 4-də Ağstafa rayonu Qazax rayonundan ayrılmışdır. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir.
Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanla həmsərhəd bütün bölgələrə hücum etmişdir. Bu bölgələrdən biri də Qazax rayonu idi. Ermənistan artıq 1990-cı ildə martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında Bağanıs Ayrım kəndinə hücum edərək kəndi işğal etmişlər. 1992-ci ilin aprel ayında isə ermənilər hücum edərək rayonun daha iki kəndini, Barxudarlı və Soflu kəndlərini işğal etdilər. Daha sonrakı illərdə ermənilər Qazaxın daha dörd kəndini işğal etdilər. İşğal olunan kəndlər Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara kəndləridir.
25 yanvar 2016-cı ildə A. R. Müdafiə Nazirliyi Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən Odundağ yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi haqqında məlumat yayıb.[1]
Qazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənt abidəsidir.
Qazaxda 112 abidə var. Bunlar — Damcılı mağara düşərgəsi,(Paleolit dövrü)Alban məbədi(6-cı əsr), Qırmızı kürpü(12-ci əsr) və s
Qazax rayonu Azərbaycanın şimal-qərbində yerləşir. Gürcüstan Respublikası ilə 9 km, Ermənistan Respublikası ilə isə 168 km məsafədə həmsərhəddir. Ərazisi 701 m²-dir.
Mülayim qış və isti yay. Orta aylıq temperatur yanvarda 0–6°С, iyunda isə 18–25°С. Qış quraq keçir. İllik yağıntı 350–700 mm-dir.
Qazax rayonu Türk mənşəli bir bölgədir. "Kitabi-Dədə Qorqud" adlı möhtəşəm və əzəmətli dastanda Qazax rayonunun adı çəkilməsə də belə, buna baxmayaraq, dastanda baş verən hadisələr məhz Qazax rayonunda da cərəyan etmişdir. Qazaxlılar milli mənsubiyyət baxımından əsl türklərdir. Ümumiyyətlə, şərəfli Türk millətinə xas olan bütün ali və müsbət keyfiyyətlər sırf Qazax insanlarının xarakteristikasında cəmləşmişdir. Məsələn, sözübütövlük, kişilik, mərdlik, igidlik, el-obaya sevgi, torpağa və adət-ənənələrə bağlılıq və s. Qazax əhalisi Azərbaycan türklərinə məxsus olan bütün milli mədəniyyəti, adət-ənənələri, mentaliteti, milli-mənəvi dəyərləri bu gün də yaşatmaqdadırlar.
AzStat-ın 1 yanvar 2019-cu il tarixinə olan məlumatına əsasən Qazax şəhərinin əhalisi 28 min nəfərdir.[2]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Qazax rayonunda 8 iri və orta müəssisə, 13 tibb müəssisəsi, 110 mədəniyyət ocağı, 47 orta ümumtəhsil məktəbi, 31 məktəbəqədər uşaq müəssisəsi, 2 texniki, orta ixtisas və peşə məktəbi, 2 ali təhsil müəssisəsi fəaliyyət göstərir.