Masallı (şəhər)

MasallıAzərbaycan Respublikasının Masallı rayonunun inzibati mərkəzi. 1960-cı ildə rayon tabeli şəhər statusu almışdır.[2]

Şəhər
Masallı
39°01′56″ şm. e. 48°40′20″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1960
Mərkəzin hündürlüyü 5 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 14.746 nəf. (1989)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 4400
Xəritəni göstər/gizlə
Masallı xəritədə
Masallı
Masallı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ərkivan qəsəbəsinin ərazisindən 245,72 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,72 ha və xüsusi mülkiyyətdə olan 240,0 ha), Şərəfə kənd inzibati ərazi dairəsi tərkibindəki Ağakişibəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 14,62 ha və Şərəfə kəndinin ərazisindən 248,0 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,0 ha və xüsusi mülkiyyətdə olan 243,0 ha), Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha), Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Babakücə kəndinin ərazisindən xüsusi mülkiyyətində olan 14,9 ha, Ninəlov kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 9,2 ha və Sığdaş kəndinin ərazisindən 40,60 ha (bundan bələdiyyə mülkiyyətində olan 4,0 ha və xüsusi mülkiyyətdə olan 36,60 ha), Kalinovka (Viləş) kənd inzibati ərazi dairəsi tərkibindəki Öncəqala kəndinin ərazisindən 29,49 ha (bundan dövlət mülkiyyətində olan 24,49 ha, bələdiyyə mülkiyyətində olan 3,0 ha və xüsusi mülkiyyətdə olan 2,0 ha), Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Dadva kəndinin 401,0 ha təşkil edən ərazisi, Digah kəndinin 438,0 ha təşkil edən ərazisi, İsgəndərli kəndinin 188,0 ha təşkil edən ərazisi, Seybətin kəndinin 312,0 ha təşkil edən ərazisi və Kosagül kəndinin 160,03 ha (bundan bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 66,03 ha) təşkil edən ərazisi bütövlükdə Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.[3]

Masallı adının mənşəyi haqqında bir neçə mülahizə var. Belə danışırlar ki, guya buranın camaatı söhbət əsnasında çox məsəl çəkərək danışdığına görə "məsəlli yer" adı verilib. Başqa bir fərziyyəyə görə, İraqın şimalındakı Mosul şəhərinin əhalisinin köç edərək, buraya yerləşməsindən sonra "mosullu" adlandırıblar. Masallı adına ilk dəfə orta əsr Azərbaycan əsərlərində rast gəlinir. XVII əsrin əvvəllərində Səfəvi şahının (Sultan Hüseyn) verdiyi fərmanda Şıxlar kəndi və Masallının adı çəkilir ("Əxbərnamə", Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, 1882). Əsərə əsasən, bu ərazi Masal bəy adlı şəxsə mənsub olub.

İran İslam Respublikasının Gilan ostanında hal-hazırda Masal adlı kiçik bir şəhər vardır. Masallı yaşayış məntəqəsinin əhalisinin buradan gəlməsi də ehtimal edilə bilər.

5 mart 2013-cü ildə Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Dadva, Digah, İsgəndərli, Seybətin kəndləri ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.[4]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Masallı rayonu Lənkəran ovalığında yerləşir. Yayı mülayim-isti və qışı isə hava mülayim və quraq keçir. Yayda bəzi dövrlərdə temperatur +40°-yə qalxır. Qışda ən soyuq temperatur −10°, ən isti temperatur isə +15° dərəcə olur.

Masallı şəhəri əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1939 sa.[5] Nisbəti, 1939 sa.[5]
toplam 2 422 100 %
Azərbaycanlılar 2 187 90.3 %
rus 160 6.6 %
erməni 7 0.3 %
digər 50 2.1 %
İl Sayı
1959 6.603 [6]
1970 3.919 [7]
1979 11.221 [8]
1989 14.746 [1]

Tanınmış şəxslər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 SSRİ əhalisinin siyahıya alınması (1989).
  2. Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр.
  3. "Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ Qərarı". 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  4. "Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 5 mart 2013-cü il tarixli Qanunu" (az.). president.az. 15 mart 2013, 21:40. 2013-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-06.
  5. 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Масаллинский район (1939 г.) Arxivləşdirilib 2012-04-25 at the Wayback Machine
  6. SSRİ əhalisinin siyahıya alınması (1959).
  7. SSRİ əhalisinin siyahıya alınması (1970).
  8. SSRİ əhalisinin siyahıya alınması (1979).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]