"Yeni həqiqət" qəzeti (az.-əski. یݣی حقيقت) — 1911-ci ildə çıxmış gündəlik qəzet.
Yeni həqiqət | |
---|---|
az.-əski. یݣی حقيقت | |
Sahibi | Oruc Orucov |
Nəşriyyat | Orucov Qardaşları Mətbəə Nəşriyyatı |
Baş redaktor | |
Redaktor | |
Yaranma tarixi | 21 yanvar (3 fevral) 1911 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 18 (31) mart 1911 |
Baş ofis | |
Ölkə |
1911-ci ildə Bakıda nəşr olunmuşdur. İlk nömrəsi yanvarın 21-də, sonuncu, 44-cü nömrəsi martın 18-də çıxmışdır. "Günəş" və "Həqiqət" qəzetlərinin davamı idi. "Yeni həqiqət"də müxtəlif siyasi-inzibati regionların həyatına dair informasiyalar, beynəlxalq siyasətə, dini məsələlərə dair məqalələr, bədii ədəbiyyat nümunələri dərc olunurdu. Qəzetin naşiri və baş redaktoru Oruc Orucov, əsas müəllifləri Əhməd bəy Ağayev (Ağaoğlu), Mirzə Ələkbər Sabir, Əliabbas Müznib, Mirzə Məhəmməd Axundov, Məhəmmədsadıq Axundov, Abdulla bəy Divanbəyoğlu, Azad Mərəndi, Əliqulu Qəmküsar və b. idi.
Avropa dövlətlərinin şərqdə müstəmləkəçilik siyasətinin tənqidi, dünya müsəlmanlarının birliyi, "İttihadi-islam" ideyasının təbliği "Yeni həqiqət"in əsas ideya istiqamətini təşkil edirdi. Ə.Ağayevin "Osmanlı məktubları" silsiləsin=də, Haşım Məhəmmədzadənin "Avropalılar və ovçuluq", İstanbul müxbirinin "Müsəlmanlara qəsd" məqalələrində və s. yazılarda imperialist dövlətlərin, o cümlədən Rusiyanın müsəlman xalqlarına qarşı yürütdükləri təcavüzkarhq siyasəti ifşa olunurdu. Məhz buna görə də 1911-ci il martın 19-da "Yeni həqiqət"in nəşri dayandırıldı, naşir-redaktoru Oruc Orucov həbs olunaraq Rusiyanın daxili quberniyalarına sürgün edildi.
Qısa müddətdə çıxmasına baxmayaraq, "Yeni həqiqət" milli ictimai-siyasi şüurun, istiqlal ideyalarının oyanışında müəyyən rol oynamışdır.[1]