Emin Quliyev (əsgər)

Emin Ələkbər oğlu Quliyev (12 avqust 1976, Sahil17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.

Emin Quliyev
Emin Ələkbər oğlu Quliyev
Doğum tarixi 12 avqust 1976(1976-08-12)
Doğum yeri
Vəfat tarixi 17 mart 1995(1995-03-17) (18 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Mükafatları "Qızıl Ulduz" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Emin Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. 1983-cü ildə 228 saylı məktəbə getmiş, 1993-cü ildə bu məktəbi bitirmişdir. 1994-cü il 25 avqust Milli Ordu sıralarına çağırılmışdır. Emin Quliyev "N" saylı hərbi hissədə xidmət edər və bacaracağına görə fərqlənirdi. Emin Quliyev idmanın bir neçə növü ilə məşğul olmuşdu. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində o dövlətçiliyimiz uğrunda canından keçdi.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Subay idi.

Milli Qəhrəman[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adna layiq görülmüşdür.

Qaradağ rayonunun Sahil qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Sahil qəsəbəsindəki 14 saylı məktəb, bir küçə və park qəhrəmanımızın adını daşıyır.

Haqqında[redaktə | mənbəni redaktə et]

QƏHRƏMAN EMİN
Sinif yoldaşım, Azərbaycanın Milli Qəhrəmanı E.Ə.Quliyevin əziz xatirəsinə

Gözümün önündə canlanır hər vaxt
Qəhrəman Emin,
Deyirəm ölməyib, yaşayacaqdır…
qəhrəman Emin

O getdi döyüşə, getdi ürəklə,
Min cür həsrətilə, min cür diləklə
Vətənə bağlıydı elmlə, biliklə…
qəhrəman Emin

Yadıma düşəndə ağlayıram mən,
Dönmədi dediyi o sözlərindən,
Çıxmadı heç zaman kişiliyindən…
qəhrəman Emin

Rahatlıq tapmadı bu gen dünyada,
Vermədi sirrini yaxına, yada.
Döyüş meydanına can atdı o da…
qəhrəman Emin

Namusum qeyrəti bizə "gəl" deyir,
Bu yurdda Vətənə, xalqa gəl deyir,
Azadlıq eşqiylə, yaşa, gur deyir…
qəhrəman Emin

Keçəndə "Şəhidlər xiyaban"ından,
Dəhşətə gəlmişdir tökülən qandan.
Ölsə də ayrılmaz Azərbaycanından…
qəhrəman Emin

Bilirdi, satqınlar yurdu satdılar!
Qocaya, cavana güllə atdılar.
Bilirdi milləti oda atdılar…
qəhrəman Emin

Dikərdi gözünü göyə - Allaha,
Deyərdi: bu nədir, qiyamdır daha.
Tutacaq satqını şəhidin ahı
qəhrəman Emin

Bu namərd gülləsi ona tuş oldu,
Qurban Göyçəli də qəmdən boğuldu.
Günəş tək parlayıb, günəş tək soldu,
qəhrəman Emin.
Qurban Göyçəli - şair.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]