Zaur Sarıyev

Zaur Sarıyev (28 iyun 1974, Qaralar, Şamxor rayonu17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.

Zaur Sarıyev
Zaur Rəşid oğlu Sarıyev
Doğum tarixi
Doğum yeri Qaralar, Şəmkir rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi şəhid
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Mükafatları "Qızıl Ulduz" medalı

1974-cü il 28 iyun Şəmkir rayonunda anadan olmuşdur. 1981-1989-cu illərdə burada təhsil almışdır. 1993-cü il 6 iyul Zaur hərbi xidmətə çağırılır. Zaur "N" saylı hərbi hissədə qısa vaxt ərzində təlim alaraq cəbhəyə göndərildi.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Cəsur döyüşçü Füzuli, Ağdam, Kəlbəcər, Murovdağ cəbhələrində rəşadətlə vuruşaraq hər kəsi özünə heyran qoymuşdu. 1994-cü ilin sərt qışı idi. Zaur döyüşçü dostları ilə Murovdağ istiqamətində kəşfiyyat əmri alır. Döyüşçülər bu əməliyyat zamanı mühasirəyə düşürlər, 13 gün sonra xeyli erməni yaraqlısını məhv edən əsgərlər mühasirədən çıxdılar. Zaurun əl-ayağı donmuşdu, iki ay müalicə olunan cəsur düyüşçü yenidən səngərə dönür. Zaur çavuş rütbəsi alaraq qrup komandirliyi vəzifəsinə təyin edilir. Uzun və şərəfli döyüş yolu keçmiş Zaur ağlına belə gətirməzdi ki, qarşıda dövlətimiz, Vətənimiz üçün daha təhlükəli günlər var. 1995-ci il 13-17 mart hadisələri baş verdi. Silahlı dəstənin zərərsizləşdiriləməsində canlarından belə keçən döyüşçülərdən biridə Zaur idi. Zaur Sarıyev silahlı dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına həlak oldu.

Subay idi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Sarıyev Zaur Rəşid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Qəhrəmanımız Şəmkir rayonunun Şəhidlər xiyabanında dəfn edilib.