Məhəmməd Ələsgər oğlu Həsənov (9 avqust 1959, Qarasüleymanlı, Qasım İsmayılov rayonu – 18 noyabr 2020, Gəncə) — Azərbaycan hərbi xadimi, Azərbaycanın Milli Qəhrəmanı (1992). Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmişdir.[1]
Məhəmməd Həsənov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qarasüleymanlı, Qasım İsmayılov rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Vəfat səbəbi | avtomobil qəzası[d] |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Rütbəsi | Polkovnik-leytenant |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Məhəmməd Həsənov 9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulmuşdur. 1966–1976-cı illərdə buradakı 3 saylı məktəbdə təhsil almışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Sonra isə Kiyev şəhərinə gedir. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olur. 1984-cü ildə buradakı "Kommunist" zavoduna işə qəbul edilir. 1987-ci ildə Vətənə qayıdır və təhsil aldığı 3 saylı məktəbdə hərbidən dərs deyir.[2] 9 noyabr 2020-ci ildə avtomobil qəzasına düşür və 18 noyabr 2020-ci il tarixində vəfat edir.
Ermənilər torpaqlarımıza hücum edəndə o, könüllülərdən ibarət dəstəyə komandir təyin olunur. Məhəmmədin döyüş yolu Mənəşli, Erkəç, Qaraçinar, Talış kəndlərindən keçir. Ermənilər ağır itkilər verərək geri çəkildilər. Məhəmməd xeyli erməni quldurunu şəxsən özü məhv etdi. 1992-ci il könüllü batalyonlar ləğv edildikdən sonra "N" saylı hərbi hissədə xidmətini davam etdirir. 1993-cü ildə Baki Ali Komandirlər Məktəbini bitirir. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdi. 2002-ci ildən Goranboy rayonunun Veyisli kənd orta məktəbində işləmiş və təhsil aldığı 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışmışdır.[2]
Ailəli və dörd övladı olmuşdur.[2]
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Həsənov Məhəmməd Ələsgər oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[3]