Etibar İsmayılov (29 mart 1964, Ağcabədi, Ağdam rayonu – 1994, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Etibar İsmayılov | |
---|---|
Etibar Bəylər oğlu İsmayılov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağcabədi rayonu, SSRİ |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Vəfat səbəbi | şəhid olmuşdur. |
Dəfn yeri | Cəsədi döyüş meydanında qalmışdır. |
Vətəndaşlığı | |
Atası | Beyler Ismayilov |
Anası | Sureyya Ismayilova |
Hərbi fəaliyyəti | |
Qoşun növü | kəşfiyyat |
Döyüşlər | |
Təltifləri |
Etibar İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur[1]. 1981-ci ildə burada məktəbi bitirmişdir. 1990-cı ildə o erməni vəhşilikərinə tab gətirə bilmir və könüllü müdafiə batalyonlarından birinə yazılır.
Bir neçə batalyonda vuruşan Etibar Ağdam batalyonuna yazılır. O, kəşfiyyata gedər mühüm məlumatlar əldə edərdi. 1994-cü il 4 yanvar Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək...bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir...Onun bu qəhrəmanlığı dildən-dilə düşdü.
Etibar İsmayılovun şəhid olmasından sonra onun qəhrəmanlığına aid çoxlu şeirlər, dastanlar yazılmışdır.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 5 yanvar 1995-ci il 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Cəsədi döyüş meydanında qalmışdır.