Vüqar Hüseynov (milli qəhrəman)

Vüqar Tofiq oğlu Hüseynov (20 iyun 1969, Daşkəsən, Cəbrayıl rayonu20 iyul 1991, Buzluq, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Vüqar Hüseynov
Vüqar Tofiq oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Goranboy rayonu, Azərbaycan Respublikası
Vəfat səbəbi şəhid olmuşdur.
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

Vüqar Hüseynov 20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1976–1986-cı illərdə Daşkəsəndə məktəbi bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmış, 1989-cu ildə hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdır və elektirik qaynaqçısı kimi fəaliyyətə başlayır. 1990-cı ildə DİN-nin polis dəstəsinə yazılır və həyatını cəbhə ilə bağlayır.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Vüqar Hüseynov Xocalıda, Goranboyda uğurlu döyüş yolu keçmişdir. Şəhid jurnalist Salatın Əsgərovanı qətlə yetirənlərin tapılmasında onun böyük xidməti olmuşdur. 1991-ci il 20 iyul erməni qəsbkarları Goranboy rayonuna hücum edirlər. Vüqar burada qəhrəmancasına vuruşur və döyüş meydanında şəhid olur.

Subay idi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

O əvvəlcə "Qırmızı Ulduz" ordeni ilə təltif olunur. Daha sonra 1992-ci il 6 iyun Azərbaycan Respublikası prezidentinin 831 saylı fərmanı ilə Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Doğulduğu Cəbrayıl rayonunun Daşkəsən kəndində dəfn edilmişdir. Oxuduğu orta məktəb onun adını daşıyır.