Mirabov Rəşad Akif oğlu (3 may 1975, Mingəçevir – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı.
Rəşad Mirabov | |
---|---|
Rəşad Akif oğlu Mirabov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 may 1975 |
Doğum yeri | |
Vəfat tarixi | 17 mart 1995 (19 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | Mingəçevir Şəhidlər Xiyabanı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1993-1995 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Rəşad Mirabov 3 may 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1981-ci ildə 7 saylı orta məktəbə daxil olmuş, həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra Mingəçevir şəhər axşam məktəbində orta təhsilini davam etdirməklə dərzilik sənətinə yiyələnmişdir. Ordu sıralarına çağırılana qədər Mingəçevir Dövlət Dram Teatrında dərzi işləmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Tərtər cəbhəsində xidmət etmişdir. Bir müddət Tərtərdə Ermənistan işğalçılarına qarşı döyüşmüş, sonra Füzuli cəbhəsinə göndərilmişdir. Sonrakı illərdə əvvəlki hərbi hissəsində xidmətini davam etdirmişdir.
1995-ci il Mart hadisələri zamanı həlak olmuşdur.
Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Subay idi.
Mingəçevir şəhər 7 saylı orta məktəbin qarşısında və Şəhidlər muzeyində büstü qoyulub.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mirabov Rəşad Akif oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.