Bəylər Tapdıq oğlu Ağayev (3 fevral 1969, Qaraağac, Qubadlı rayonu – 6 avqust 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Bəylər Ağayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 fevral 1969 |
Doğum yeri | |
Vəfat tarixi | 6 avqust 1992 (23 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağac kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılır.
Bəylər Ağayevin yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.
1992-ci ilin avqust ayının 6-sında Bəylər yoldaşları ilə mühasirəyə düşür. Vuruşur və qarşı tərəfi də itkilərə uğratmasına baxmayaraq həlak olue.[1]
Subay idi.
Azərbaycan respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümundən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Qarağac kənd tam orta məktəbi onun adını daşıyır.
Qubadlı rayonunun Qarağac kəndində dəfn edilmişdir.