Rövşən Əliyev (milli qəhrəman)

Rövşən Əliyev (30 avqust 1972, Bakı14 iyun 1992, Dəhrəz, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Rövşən Əliyev
Rövşən Nəriman oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Dəhrəz, Xocalı rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Bakı şəhəri Şəhidlər xiyabanı
Vətəndaşlığı
Atası Nəriman Əliyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

30 avqust 1972-ci ildə Bakı şəhərində doğulmuşdur. Əslən Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndindəndir. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur. 1991-ci ilin mayında könüllü olaraq orduya yazıldı.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Rövşən Əliyev Ağdamda yaradılmış milli müdafiə taboruda döyüş meydanına atıldı. O, döyüşlərdə Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak etdi. Cəsur döyüşçü 1992-ci ilin martında yeni tapşırıq aldı: "Əsgərlərimiz Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutmalıdır". Verilən bütün əmr və tapşırıqları layiqincə yerinə yetirən Əliyev Rövşən 1992-ci il 14 iyunda Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə iştirak edərkən düşmən gülləsi onun arzularla dolu qəlbini susdurmuşdur.

Subay idi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanın adı verilmişdir.