İbrahim İsmayıl oğlu Məmmədov (20 dekabr 1958, Naxçıvan – 16 fevral 1994, Kəlbəcər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
İbrahim Məmmədov | |
---|---|
İbrahim İsmayıl oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 dekabr 1958 |
Doğum yeri | |
Vəfat tarixi | 16 fevral 1994 (35 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Milliyyəti | Azərbaycanlı |
Atası | İsmayıl Məmmədov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Leytenant |
Döyüşlər |
Qarabağ müharibəsi • Kəlbəcər döyüşləri |
Təltifləri |
İbrahim İsmayıl oğlu Məmmədov 20 dekabr 1958-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1976-cı ildə Naxçıvan şəhər 3 saylı məktəbi bitirmişdir. 1977–1979-cu illərdə hərbi xidmətdə olur. İbrahim xidmət edərkən PDM-də tuşlayıcı-operator ixtisasına yiyələnir. 1988-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, 1993-cü ildə təhsilini başa vurur. 1990-cı il 20 Yanvar hadisəsinin dünyaya çatdırılmasında çox böyük işlər görmüşdür.
Ailəli idi, üç övladı yadigar qalıb.
İbrahim Məmmədov 1993-cü ildə Milli Ordu sıralarına yazılır və döyüşlərdə iştirak etməyə başlayır. Tezliklə Kəlbəcərə yollanır. 1994-cü il 16 fevral Kəlbəcər rayonunda qızğın döyüşlər gedirdi. İbrahim bu döyüşdə ermənilərin 3 tankını və xeyli canlı qüvvəsini məhv etdi. İbrahim döyüşün qaynar nöqtələrindən birində idi, burada snayper gülləsi onu yaralayır cəsur döyüşçü bu yaradan da həlak olur.
Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 20 iyun 1994-cü il tarixli 156 saylı fərmanı ilə Məmmədov İbrahim İsmayıl oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.[1]