Rövşən Abdullayev (16 yanvar 1969, Lerik rayonu – 13 sentyabr 1993, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı, polis leytenantı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]
Rövşən Abdullayev | |
---|---|
Rövşən Abdullayev Əbdülhüseyin oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 yanvar 1969 |
Doğum yeri | |
Vəfat tarixi | 13 sentyabr 1993 (24 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Leytenant |
Təltifləri |
Rövşən Abdullayev 1969-cu il 16 yanvarda Lerik rayonunda doğulmuşdur.
Orta təhsilini Astara şəhər 1 saylı orta məktəbdə başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdür.
Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə verirlər. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət taqımın komandiri təyin edilir. Onun başçılıq etdiyi taqım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı.
Rövşənin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi. 13 sentyabr 1993-cü il Rövşənin son döyüşü oldu. Erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum etmişdi. O, döyüş yoldaşları ilə "QAZ-66" markalı avtomobilə əyləşib Qazançıya yollanır, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxdılar, güclü atəşə maruz qalan vətənimizin igid oğulları ölüm dirim savaşına girdilər. Rövşən yoldaşlarına meşəyə çəkilməyə əmr etdi özü isə ağır yaralansada silahı yerə qoymurdu. Yoldaşları onu xəstəxanaya çatdırsalarda artıq gec idi.[2]
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Lənkəran şəhər qəbiristanlığında dəfn edilmişdir. Lənkəran şəhərində abidəsi və parkı mövcuddur. Adına Lerik şəhərində mədəniyyət evi və küçə var.