Rizvan Rəhman oğlu Teymurov (16 aprel 1967, Aşağı Quşçular, DQMV və ya Yuxarı Quşçular, DQMV – 9 dekabr 1991, Kərkicahan) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Rizvan Teymurov | |
---|---|
Rizvan Rəhman oğlu Teymurov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 aprel 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 9 dekabr 1991 (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri |
Rizvan Teymurov 16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində anadan olmuşdur. 1984-cü ildə Quşçular kəndindəki orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılır, Omsk şəhərində xidmətini başa vurur və Vətənə qayıdır. Rizvan daha sonra 1987-ci ildə Arxangelsk vilayətində xidmət edir. Qeyrətli vətən oğlu 1990-cı ildə geri dönür. Şuşa rayon Daxili İşlər Şöbəsinin nəznində yaranan polis alayında fəaliyyət göstərir.
Elə ilk günlərdən də, döyüşlərə atıldı. Cəsur, qeyrətli oğullardan ibarət olan bu polis alayı Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində onlarla erməni yaraqlılarını məhv etmişdi. Rizvan Qarabağı qarış-qarış gəzmişdi, dəfələrlə qaynar döyüşlərdə erməniləri geri oturtmuşdu. 1991-ci il 9 dekabr Kərkicahan ətrafında gedən qanlı döyüşlərdə cəsur polis işçisi Teymurov Rizvan qəhrəmancasına həlak oldu. Şuşa rayonunun Quşçular kəndində dəfn edilib.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakının Nizami rayonundakı küçələrdən biri və həmçinin Quşçular kənd orta məktəbi onun adını daşıyır.
2020-ci ildə Rizvan Teymurovun büstü hazırlanmışdır.[1]