Etibar Əliyev (hərbçi)
Etibar Əliyev | |
---|---|
Etibar Böyükağa oğlu Əliyev | |
Doğum tarixi | 11 iyul 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 23 avqust 1993 (38 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri |
|
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
Etibar Əliyev (11 iyul 1955, Lənkəran – 23 avqust 1993, Lənkəran) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Həyatı
Etibar Əliyev 11 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbdə 8-ci sinfi bitirib. O, 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. 1973-cü ildə hərbi xidmətə çağırılmışdır. Etibar Əliyev 1975-ci ildə Saratov vilayətində əsgəri xidmətini başa vurmuşdur.[1] Hal-hazırda Müsavat Partiyasının 1 saylı üzvlük vəsiqəsi Etibar Əliyevin adına yazılmışdır.
Ailəsi
Ailəli idi. İki qızı yadigar qalıb.
Xatirəsi
Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Əliyev Etibar Böyükağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Etibar Əliyev Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Adına Lənkəran şəhərində küçə var. Şəhərin "23 Avqust" meydanında büstü qoyulub.
İstinadlar
- ↑ ARB 24. "Milli Qəhrəman Etibar Əliyevin doğum günüdür" (az.). Youtube.com. 11.07.2018. 2019-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 78.
Xarici keçidlər
- 11 iyulda doğulanlar
- 1955-ci ildə doğulanlar
- Lənkəranda doğulanlar
- 23 avqustda vəfat edənlər
- 1993-cü ildə vəfat edənlər
- 38 yaşında vəfat edənlər
- Lənkəranda vəfat edənlər
- Lənkəran Şəhidlər Xiyabanında dəfn olunanlar
- Azərbaycanın Milli Qəhrəmanları
- Birinci Qarabağ müharibəsi iştirakçıları
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
- Azərbaycan talışları