Vüqar Tofiq oğlu Hüseynov (20 iyun 1969, Daşkəsən, Cəbrayıl rayonu – 20 iyul 1991, Buzluq, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Vüqar Hüseynov | |
---|---|
Vüqar Tofiq oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Goranboy rayonu, Azərbaycan Respublikası |
Vəfat səbəbi | şəhid olmuşdur. |
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Respublikası |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Vüqar Hüseynov 20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1976–1986-cı illərdə Daşkəsəndə məktəbi bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmış, 1989-cu ildə hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdır və elektirik qaynaqçısı kimi fəaliyyətə başlayır. 1990-cı ildə DİN-nin polis dəstəsinə yazılır və həyatını cəbhə ilə bağlayır.
Vüqar Hüseynov Xocalıda, Goranboyda uğurlu döyüş yolu keçmişdir. Şəhid jurnalist Salatın Əsgərovanı qətlə yetirənlərin tapılmasında onun böyük xidməti olmuşdur. 1991-ci il 20 iyul erməni qəsbkarları Goranboy rayonuna hücum edirlər. Vüqar burada qəhrəmancasına vuruşur və döyüş meydanında şəhid olur.
Subay idi.
O əvvəlcə "Qırmızı Ulduz" ordeni ilə təltif olunur. Daha sonra 1992-ci il 6 iyun Azərbaycan Respublikası prezidentinin 831 saylı fərmanı ilə Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Doğulduğu Cəbrayıl rayonunun Daşkəsən kəndində dəfn edilmişdir. Oxuduğu orta məktəb onun adını daşıyır.