İlqar İsmayılov (hərbçi)

İlqar Sədi oğlu İsmayılov ({{DVTY}} şablonu boşdur ) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.[1]

İlqar İsmayılov
İlqar Sədi oğlu İsmayılov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Hərbi hissə Binəqədi Rayon Polis İdarəsi
Rütbəsi Kapitan
Vəzifəsi Cinayət axtarışı üzrə əməliyyat müvəkkili
Təltifləri "Qızıl Ulduz" medalı

29 mart 1959-cu il Bakı şəhərində doğulmuşdur. Əslən Qazax rayonundandır. 1966-cı ildə Bakı şəhərindəki 45 saylı orta məktəbə getmiş, 1976-cı ildə təhsilini başa vurmuşdur. Daha sonra Azərbaycan Bədən Tərbiyəsi İnstitunda təhsil almışdır. 1981-ci ildə hərbi xidmətə çağırılımış, 1983-cü ildə ordudan tərxis edilmişdir.[2]

Ailəli idi, iki övladı yadigar qalıb.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

İlqar 1991-ci ildən başlayaraq tez-tez döyüş bölgəsinə gedərdi. Onun şücaəti nəticəsində ermənilərlə vuruşan xeyli xarici vətəndaş ələ keçirilmişdir. Onun rəhbərliyi ilə 128 nəfər döyüşçümüz Qızartı yüksəkliyini erməni basqınçılarından azad etmişdir. İgid komandir 1992-ci il 1 oktyabr qəhrəmancasına həlak olmuşdur.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.[2]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə kapitan İsmayılov İlqar Sədi oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]

Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önündə büstü qoyulub.[2]

  1. 1 2 "National heroes". azerbaijans.com (English). 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2019.
  2. 1 2 3 "İSMAYILOV İlqar Sədi oğlu". ASSOCIATION FOR CIVIL SOCIETY DEVELOPMENT IN AZERBAIJAN. April 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 2, 2019.